Modern.az

Rusiya helikopterləri terrorçuların bazasına endi

Rusiya helikopterləri terrorçuların bazasına endi

Dünya

20 Oktyabr 2017, 21:41

Rusiya Hərbi Hava Qüvvələrinə aid KA-50 hərbi helikopterləri Türkiyə ordusu ilə suriyalı müxaliflərin nəzarətində olan Əl Bab şəhərində alçaq uçuş həyata keçirərək Afrinə daxil olub.

Modern.az Axar.az-a istinadən  xəbər verir ki, helikopterlər PYD-nin nəzarətində olan Tel-Rıfat qəsəbəsindən keçərək Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi hissədən 6 km uzaqlıqda yerləşən terrorçuların nəzarətindəki Minaq aviabazasına enib.

 

Müxalif qruplaşmaların iddiasına görə, Rusiya helikopterləri bölgədə kəşfiyyat uçuşu həyata keçirib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı