Modern.az

Bakıda Amerika təhsil sərgisi oldu - FOTO

Bakıda Amerika təhsil sərgisi oldu - FOTO

Aktual

20 Oktyabr 2017, 23:06

ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda Amerika təhsil sərgisi təşkil edib.

 

Modern.az-ın məlumatına görə, sərgini Beynəlxalq Təhsil üzrə Amerika Şurası və Education USA həyata keçirdiblər.

 

Sərginin əsas məqsədi bütün maraq göstərən şəxsləri bir yerdə toplayıb ABŞ universitetlərində təhsil alma imkanları, akademik stipendiya, maddi yardım və ərizə prosesi barədə məlumatlandırmaqdır.

 

Tədbir tələbələr, şagirdlər, onların valideynləri və Azərbaycanın təhsil icmasının nümayəndələrinə ABŞ-da təhsil almaq haqqında məlumat vermək üçün ziyarətçiləri ABŞ universitetləri ilə bir araya gətirib. .

 

Səfir Robert Sekuta potensial tələbələr, onların valideynləri və universitet rəhbərləri ilə şəxsən söhbətləşmək üçün sərgiyə baş çəkib.

 

Berkeley Koleci, Colorado Boulder universiteti, Wisconsin-River Falls universiteti, San Diego – Georgia dövlət universiteti, Mərkəzi Penn universiteti, Full Sail universiteti, Saint Louis universiteti, Cənubi Seattle koleci, Yuxarı Iowa universiteti, və Maine universiteti də daxil olmaqla, ondan çox ABŞ universiteti və müxtəlif stipendiya proqramlarının nümayəndələri sərgidə təmsil olunublar.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir