Modern.az

İtaliyada külli miqdarda narkotik müsadirə edildi

İtaliyada külli miqdarda narkotik müsadirə edildi

20 Oktyabr 2017, 23:43

İtaliyada hüquq-mühafizə orqanları külli miqdarda narkotik vasitə aşkarlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Bari şəhərində sahil-mühafizə xidməti qayıqlardan birində 1,5 ton marixuana müsadirə edib.

Məlumata görə, narkotik vasitələrin ümumi dəyəri 15 milyon avro təşkil edir.

Hadisə ilə bağlı qayıqda olan iki nəfər – Albaniya vətəndaşları saxlanılıb.

Bundan başqa, Bari və Taranto şəhərlərində də polis ümumilikdə 1,5 milyon avro dəyərində narkotik vasitə müsadirə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir