Modern.az

Fazil Mustafa hökuməti ittiham edib: "Əvvəl dənizi hasarlayırdılar, indi də yolları...

Fazil Mustafa hökuməti ittiham edib: "Əvvəl dənizi hasarlayırdılar, indi də yolları...

10 İyun 2011, 16:10

Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa tikinti sahəsində özbaşınalıqlara münasibət bildirilməsini istəyib.
Bakıda 65 minlik stadionun təməlinin qoyulmasını əlamətdar və vacib hadisə kimi qiymətləndirən deputat anlamadığı bəzi  tikintilər haqqında sual verib: “Əvvəllər dəniz sahilləri hasarlanırdı. İndi bütün yolları hasarlayırlar. Bu kursun axırı hara gedib çıxacaq - Astaraya qədər hasarlayacaqlar? Bunu Ginnesin rekordlar kitabına düşmək üçün edirik? Bəlkə bu praktikanı Türkmənistan və Rusiyaya da təklif edək və Xəzəri dünyanın yeganə hasarlı dənizi edək?”.
F.Mustafa dövlət vəsaitlərini dənizin və yolların hasarlanmasına sərf etməyi  hökumətin yanlış siyasəti kimi qiymətləndirib və deyib ki, belə davam etsə, gələcəkdə hökumət vətəndaşın problemini həll etməyə vəsait tapa bilməyəcək.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər