Modern.az

"İspaniya problemi demokratiyaya hörmətlə yanaşmaqla həll edəcək" - Kral

"İspaniya problemi demokratiyaya hörmətlə yanaşmaqla həll edəcək" - Kral

21 Oktyabr 2017, 00:47

“Kataloniya İspaniyanın ayrılmaz hissəsidir və ayrılmaz hissəsi olaraq qalacaq.  Bu birlik XXI əsrdə bir sıra layihələrə əsaslanacaq”. Modern.az  xarici mediaya istinadən xəbər verir ki, bu açıqlama ilə İspaniya kralı VI Filip bildirib.

 

Kral qeyd edib ki, bu gün İspaniya öz milli ərazisinin bir hissəsini ayırmaq üçün yolverilməz cəhdin qarşını almalıdır.

VI Filip əlavə edib ki, İspaniya dövləti problemi konstitusiya və demokratiyaya hörmətlə yanaşmaqla həll edəcək.

 

Qeyd edək ki, İspaniya hökuməti oktyabrın 21-də ölkə konstitusiyasının 155-ci maddəsinin qüvvəyə minməsi üzrə iclas keçirmək niyyətindədir. Bu maddənin işə düşməsi isə Kataloniyanın özünü idarəetməsinin dayandırılmasına imkan verəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu