Modern.az

YAP da mitinq keçirəcək?..  

YAP da mitinq keçirəcək?..   

Aktual

21 Oktyabr 2017, 10:04

Son zamanlar ölkədə siyasi partiyaların fəaliyyəti aktivləşib. Azərbaycan Xalq Cəbhəsi Partiyası – Milli Şura oktyabrın 28-də növbəti dəfə “Məhsul” stadionunda mitinq keçirməyi planlaşdırır. Müsavat Partiyasının isə oktyabrın 21-nə təyin etdiyi yürüşün keçirilməsinə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) razılıq verməyib.

Maraqlıdır, hakim Yeni Azərbaycan Partiyası (YAP) da yürüş və mitinq keçirməyi planlaşdırırmı?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Modern.az-a bu haqda açıqlama verib.

Deputat bildirib ki, kütləvi aksiyalar siyasi fəaliyyətin bir növüdür.

“Yeni Azərbaycan Partiyası öz fəaliyyətini digər yollarla həyata keçirir. Bunlar cəmiyyətlə işləmək, təşkilatlarımızın möhkəmləndirilməsi, vətəndaşların qarşımıza qoyduğu məsələlərin həll edilməsihesabatının verilməsidir. Yeni Azərbaycan Partiyası yaxın vaxtlarda mitinqlərin keçirilməsinə ehtiyac görmür. Hesab edirəm ki, bizim fəaliyyət metodlarımız daha səmərəlidir”.


A.Mirzəzadə həmçinin bildirib ki, yaxın vaxtlarda YAP-ın Qurultayının keçirilməsi gözlənilmir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir