Modern.az

Universitetlərin hazırlıq qrupuna qəbul proseduru - Təhsil eksperti ŞƏRH ETDİ  

Universitetlərin hazırlıq qrupuna qəbul proseduru - Təhsil eksperti ŞƏRH ETDİ   

21 Oktyabr 2017, 10:23

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı bildirib ki, cari tədris ilində XI sinfi bitirənlərə iki dəfə qəbul imtahanlarında iştirak etmək imkanı veriləcək.

“Keçən il bu yenilik yalnız bir qrup çərçivəsində tətbiq edilib. Yəni, abituriyent qəbul imtahanının birinci mərhələsində hansı qrup üzrə iştirak etmişdisə, iyulda keçirilən ikinci imtahanda da eyni qrupun imtahanında iştirak etməli idi. Gələn il isə hər abituriyentə iki fərqli qrup üzrə də imtahan vermək şansı tanınacaq. Onlar istəsə, qəbul imtahanlarının hər ikisində eyni və ya fərqli qrupda imtahan verərək ali məktəblərə qəbul müsabiqəsində iştirak edə biləcəklər”-deyə M.Abbaszadə bildirib.

Gələn ildən ali məktəblərdə hazırlıq qrupları da fəaliyyətə başlayacaq. Bəs hazırlıq qruplarına qəbul necə aparıla bilər:

Məsələ ilə bağlı təhsil məsələləri üzrə ekpert Kamran Əsədov Modern.az-a açıqlama verib.

 

Ekspert bildirib ki, 2018-ci ildən etibarən ali məktəblərə qəbul imtahanlarında iştirak edib heç bir yerə qəbul oluna bilməyən abituriyentlər universitetlərdə yaradılacaq hazırlıq qruplarında təhsil ala biləcəklər.

“Hazırlıq qruplarında təhsil yalnız ödənişli əsaslarla olacaq və qəbul imtahanlarının nəticələri açıqlanandan sonra plan yeri dolmayan universitetlərdə boş qalan plan yerlərinə uyğun sayda təşkil olunacaq”.

 

K.Əsədov 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelinin aşağıdaki kimi olacağını qeyd edib.

“DİM tərəfindən ali məktəblərə qəbul müsabiqənin nəticələri elan olunduqdan sonra Təhsil Nazirliyinin müəyyən etdiyi (plan yeri dolmayan) ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan ediləcək, ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlər tərəfindən ixtisas seçimi həyata keçiriləcək və həmin yerlərə DİM tərəfindən müsabiqə yolu ilə yerləşdirilmə aparılacaq. Hazırlıq qruplarında tədrisin sonunda DİM tərəfindən qəbul imtahanlarına uyğun olaraq buraxılış imtahanları keçiriləcək və buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı