19 noyabr 2017, Bazar
Ana Səhifə - MƏDƏNİYYƏT - Allahın 99 ADI - İlahiyyatçı: “O adlar insana bir şərtə qoyula bilər, əks halda böyük GÜNAHDIR”  
Allahın 99 ADI - İlahiyyatçı: “O adlar insana bir şərtə qoyula bilər, əks halda böyük GÜNAHDIR”  
21.10.2017, 10:36

Quranda, hədislərdə Allahın 99 adının olduğu vurğulanır və buyurulur ki, "ən gözəl adlar Allahındır, Onu bu adlarla çağırıb dua edin...".
Adətən övladlarına ad qoymaq istəyən müsəlmanlar bu adlara tez-tez müraciət edir. Lakin bununla yanaşı, bəzən həmin adlar hansısa marka, əşya, məhsul adı kimi də istifadə edilir. Buna təkcə xaricdə deyil, bütün müsəlman ölkələri kimi Azərbaycanda da təsadüf olunur.

Məsələn, “Nur” çörək zavodunun məhsulları hər kəsə məlumdur. Məhsul istifadə ediləndən sonra təbbi olaraq üzərində “Nur” yazılmış kağız paketlər atılır. Hazırda bu məsələ əksər dindarları narahat edir və şikayətlərini dilə gətirirlər.

Bəs Allahın adlarından əşya, məhsul, marka adları kimi istifadə etmək günahdırmı? Y ada Allahın adları insana hansı hallarda qoyula bilər?

İlahiyyat üzrə fəlsəfə doktoru  Elşad Mahmudov Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, Allaha məxsus olan adların insana qoyulması da günahdır:

“İslam ənənəsində sadəcə Allaha aid olan adların, sadəcə Allahın xüsusiyyətlərini bildirən, onun əsmaül-hüsnasının “əbd” kəlməsi olmadan insana qoyulması halları çox olub. Bu, günah, məkruh, bəyənilməyən bir hadisə kimi qəbul edilib. Lakin Allah adına və sadəcə onun xüsusiyyətlərini bildirən adlara “əbd” kəlməsi artırılaraq qoyulsa daha yaxşıdır, məqbuldur. Allaha məxsus olan adlardan xüsusilə ikisini isə “əbd” kəlməsi olmadan insana qoymaq böyük günahdır. Bunlar Allah və Rəhman adlarıdır. Allah adı ilə bağlı izah verməyi artıq bilirik. “Rəhman” adı Quranda birbaşa Allah-təalaya aid edilib və yalnız Ona məxsus sayılıb: “De: “İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin). Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar yalnız Ona məxsusdur” (İsra, 110)”.

E.Mahmudov qeyd edib ki, yaxşı olar ki, uşağa Allahın isimlərini qoyarkən ismin əvvəlinə “Abd (Əbd)”  sözü artırılsın:


“Uşaq üçün tövsiyə olunan adlar arasında ilk yeri Allaha bəndəliyi ifadə edən adlar tutur. Yəni Allahın gözəl adlarının (əsmaül-hüsna) əvvəlinə “əbd” kəlməsini artırmaqla yaranan adlar daha çox məsləhət bilinir (məsələn, Abdullah, Əbdürrəhman, Əbdürrəhim, Əbdülkərim, Əbdüllətif, Əbdülqadir, Əbdüləzim və s).

Yaxşı olar ki, uşağa Uca Allahın Əsmaül-hüsnadakı isimlərini qoyarkən ismin əvvəlinə “Abd (Əbd)” (bəndə) sözü artırılsın. Belə qoyulan adların hamısı Allahın bəyəndiyi adlardandır. Məsələn, Əbdülkərim – lütf və kərəmi bol olan Allahın bəndəsi, Əbdüllətif  – gözəl, lətif, həlim olan, bütün hadisələrin təfərrüatını bilən Allahın bəndəsi, Əbdülməcid – şanı uca, comərdlik və kərəmi bol olan Allahın bəndəsi deməkdir. Bu cür adlar həm də insanlara Allahı xatırlatmaq, tövhid əqidəsini qorumaq və insanın Allaha bəndə olduğunu unutmamaq baxımından da əhəmiyyətlidir.

“Bəndə, qul” mənasına gələn “əbd” kəlməsi ancaq Uca Allahın adlarının əvvəlində istifadə olunaraq ad kimi qoyula bilər. “Əbd” kəlməsi ilə başlayan bəzi adlar var ki, onları qoymaq olmaz. Məsələn, Əbdülməsih adını qoymaq haramdır. Ona görə ki, istər peyğəmbər, istərsə də səhabə fərqi yoxdur, Allahdan başqasına bəndəlik mənası daşıyan bütün adlar alimlərin icması ilə haramdır. Yəni bir şəxsə Əbdünnəbi, Əbdürrəsul, Əbdülhüseyn, Əbdülkəbə, Hüseynqulu, Həsənqulu, Məmmədqulu və bənzər adların qoyulması caiz deyildir, bəyənilmir”.
 

Müsahibimiz  bildirib ki,  Allahın adlarının əşya, məhsul, marka, mağaza və şirkət adları kimi istifadə edilməsi də bəyənilmir:

“Bu tendensiya təəssüflər olsun ki, var və müxtəlif olmaqla bərabər, geniş şəkildə istifadə olunur və hətta istismar edilir. Lakin Allahın adlarının, atributlarının, əsmaul-hüsnasının əşya, məhsul, marka, mağaza və şirkət adları kimi istifadə edilməsi bəyənilmir, xoş qarşılanmır və məsləhət görülmür. Ümumiyyətlə, dini dəyərləri və simvolları ehtiva edən markalar cəmiyyətin və cəmiyyəti formalaşdıran fərdlərin dini duygu və hissiyyatlarını zədələyici, bu duyğu və hissiyyatı istismar edici olmamalı və bunlardan istifadə mənfəət əldə etmək məqsədi güdməməlidir”.

Möminlərə görə, insan təfəkkürü Uca Yaradanı – Allah; dərk etmək və tanımaq üçün yetərli olmadığından, insan yalnız Onun Özünü bizə tanıtdığı kimi anlaya bilir. Bu prosesin incəliklərini dərk etməkdə Onun gözəl adlarını (əsmayi-hüsna) öyrənmək daha məqsədəuyğundur. Qurani-Kərimdə buyurulur: Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin...”; “Allah – Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır!”.

Həzrət Peyğəmbərdən (s) rəvayət edilən hədislərin birində deyilir: “Allahın 99 ismi var. Kim onların mənasını bilərək əzbərləyib, sayarsa, Cənnətə girər”.



Modern.az saytı Allahın 99 adını diqqətinizə çatdırır. Bunlar aşağıdakılardı:

1. ALLAH — bütün gözəl sifətləri özündə ehtiva edən
2. ƏL-VAHID — yeganə
3. ƏL-ƏHƏD — bənzərsiz
4. ƏS-SAMƏD — ehtiyacsız
5. ƏL-AXİR — hər şeydən sonra mövcud olacaq
6. ƏS-SƏMİ — hər şeyi eşidən
7. ƏL-BƏSİR — hər şeyi görən (haqq-nahaqq)
8. ƏL-QADİR — hər şeyə qüdrəti çatan
9. ƏL-ƏVVƏL — hər şeydən əvvəl mövcud olmuş
10. ƏL-QAHİR — zalımları qəhr edən
11. ƏL-ƏLİYY — yüksək, uca
12. ƏL-Ə'LA — ən yüksək, ən uca
13. ƏL-BAQİ — əbədi, daimi, qaları
14. ƏL-BƏDİ — həmişə ixtira edən
15. ƏL-BARİ — yaradıcı
16. ƏL-ƏKRƏM — ən kəramətli
17. ƏZ-ZAHİR — aşkarda olan (yaxud aşkardakıları bilən)
18. ƏL-BATİN — gizlində olan (yaxud gizlindəkiləri bilən)
19. ƏL-HƏYY — diri
20. ƏL-HƏKİM — çox hikmətli
21. ƏL-ƏLİM — hər şeyi bilən, çox elmli
22. ƏL-HƏLİM — çox mülayim
23. ƏL-HƏFİZ — ən yaxşı qoruyucu, mühafizəçi
24. ƏL-HƏQQ — həqiqət
25. ƏL-HƏSİB — hər şeyi hesaba alan 
26. ƏL-HƏMİD — həmd edilən (yaxud həmdə layiq)
27. ƏL-HƏFİYY — öz yaratdıqlarını çox sevən
28. ƏN-NUR — nur
29. ƏR-RƏBB — bəsləyən, pərvəriş edən
30. ƏR-RAHMƏN — çox mərhəmətli
31. ƏR-RƏHİM — həmişə mərhəmətli
32. ƏR-RƏUF — mehriban, şəfqətli
33. ƏR-RAİ — hər şeyi görən
34. ƏR-RƏQİB — nəzarətçi, keşikçi
35. ƏZ-ZARİ — yaradan (yaxud bəndələrinin aqibətini müəyyən edən)
36. ƏS-SƏLAM -hər təhlükədən salamatlığa çıxaran, əmin-amanlıq və salamatlıq verən
37. ƏR-RƏZZAQ (ƏR-RƏZİQ) — ruzi verən
38. ƏL-MÖ'MİN — iman bəxş edən (yaxud iman bəslənilən)
39. ƏL-MÜHƏYMİN — himayə edən
40. ƏL-ƏZİZ — çox izzətli
41. ƏL-CƏBBAR — zalımlara əziyyət verən
42. ƏL-MÜTƏKƏBBİR — məqamı uca tutulan, böyüdülən
43. ƏS-SƏYYİD — ağa, başçı
45. ƏŞ-ŞƏHİD — hər şeyə şahid olan və nəzarətçi olan
46. ƏS-SADİQ — sədaqətli, doğrucul
47. ƏT-TAHİR — pak, saf
48. ƏL-QƏNİYY — ehtiyacsız, varlı
49. ƏL-QİYAS — köməkçi
50. ƏL-FATİR — yaradan, vucuda gətirən
51. ƏL-FƏRD — tək, yeganə
52. ƏL-FƏTTAH — çətinlikləri həll edən
53. ƏL-FALİQ — dan yerini yaran, parçalayan
54. ƏL-QƏDİM — əzəli, olmadığı zaman təsəvvürə gəlməyən
55. ƏL-MƏLİK — mülk sahibi
56. ƏL-QÜDDUS — müqəddəs
57. ƏL-QƏVİYY — çox qüvvətli
58. ƏL-QƏRİB — çox yaxın
59. ƏL-QƏYYUM — dayanıqlı, sarsılmaz, sabit
60. ƏL-QABİZ — sıxan, canları alan, və ya qəbz edən
61. ƏL-BASİT — açıb sərən və ya səxavətli
62. QAZİYUL-HACAT — hökm verən, ehtiyacları həll edən
63. ƏŞ-ŞAFİ — şəfa verən, sağaldan
64. ƏL-MƏCİD — şan-şöhrətli, əzəmətli, ulu
65. ƏL-VƏLİYY (ƏL-MÖVLA) — dost (ağa, sərvər)
66. Əl-LƏTİF — lütf edən
67. ƏL-MƏNNAN — bəndələrinə çox ehsan edən
68. ƏL-MÜHİT — hər şeyi əhatə edən
69. ƏL-MÜBİN — hər şeyi bəyan edib aşkarlayan
70. ƏL-MÜQİT (ƏL-MÜĞİS) — ruzi verən (dada yetişən, yardımçı)
71. ƏL-MUSƏVVİR — hər şeyi formaya salan
72. ƏL-KƏRİM — çox kəramətli
73. ƏL-KƏBİR — çox böyük
74. ƏL-KAFİ — kifayət edən, hər şeyə bəs edən
75. KAŞİFÜZ-ZÜRR — zərərin üstünü açıb ifşa edən
76. ƏL-VİTR — tək-tənha
77. ƏL-ƏZİM — əzəmətli
78. ƏL-VƏHHAB — nemət bağışlayan
79. ƏN-NASİR — köməkçi, yardımçı
80. ƏL-VASE — çox əhatəli, geniş
81. ƏL-VƏDUD — bəndələrini çox sevən
82. ƏL-HADİ — hidayət edən, doğru yol göstərən
83. ƏL-VƏFİYY — vəfalı, sadiq
84. ƏL-VEKİL — himayəçi
85. ƏL-VARİS — qiyamətdə hər şey məhv olduqdan sonra tək qalacaq vücud
86. ƏL-BİRR — yaxşı sifətlərin sahibi
87. ƏL-BAİS — qiyamətdə ölüləri dirildəcək zat
88. ƏT-TƏVVAB — tövbələri qəbul edən
89. ƏL-CƏLİL — cəlallı
90. ƏL-CAVAD — səxavətli
91. ƏL-XƏBİR — hər şeydən xəbərdar olan
92. ƏL-XALİQ — xəlq edən, yaradan
93. XEYRUN-NASİRİN — ən yaxşı yardımçı
94. ƏD-DƏYYAN — hesabat gününün sahibi, hakim
95. ƏŞ-ŞƏKÜR — şükr edilən (yaxud şükrə layiq)
96. ƏS-SANE — yaradıcı
97. ƏL-ƏDL — ədalətli (yaxud ədalətin özü)
98. ƏL-ƏFÜVV — əfv edən, bağışlayan
99. ƏL-QƏFUR — günahları bağışlayan


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Teymur Rəcəbov FİDE Qran-pri mərhələsinin liderlər qrupunda yer alıb
19.11.2017, 00:56

Teymur Rəcəbov FİDE Qran-pri mərhələsinin liderlər qrupunda yer alıb

İngiltərəli azarkeşlər arasında kütləvi dava
19.11.2017, 00:32

İngiltərəli azarkeşlər arasında kütləvi dava

NATO baş katibi Ərdoğandan təkrar üzr istədi
19.11.2017, 00:13

NATO baş katibi Ərdoğandan təkrar üzr istədi

İtkin düşən Kürdəmir sakini tapıldı
18.11.2017, 23:49

İtkin düşən Kürdəmir sakini tapıldı

Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya etdi
18.11.2017, 23:32

Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya etdi

İranda dahi şair Şəhriyarın büstü təhqir edildi
18.11.2017, 23:13

İranda dahi şair Şəhriyarın büstü təhqir edildi

Astarada torpaq sürüşməsi yolları qismən bağladı
18.11.2017, 22:56

Astarada torpaq sürüşməsi yolları qismən bağladı

“İskəndər-M” yeni ballistik raketi sınaqdan keçirildi - Video
18.11.2017, 22:42

“İskəndər-M” yeni ballistik raketi sınaqdan keçirildi - Video

“Dünya gözəli-2017”in qalibi Hindistan təmsilçisi oldu
18.11.2017, 22:23

“Dünya gözəli-2017”in qalibi Hindistan təmsilçisi oldu

Prezident  Robert Muqabe Zimbabvedən qaçdı
18.11.2017, 22:09

Prezident  Robert Muqabe Zimbabvedən qaçdı

Rusiya İŞİD mövqelərini bombaladı
18.11.2017, 21:51

Rusiya İŞİD mövqelərini bombaladı

Deputat Ərəb Liqası rəsmilərinə köçkünlərdən danışıb
18.11.2017, 21:35

Deputat Ərəb Liqası rəsmilərinə köçkünlərdən danışıb

Sabirabaddakı qəzada polis əməkdaşı öldü
18.11.2017, 21:22

Sabirabaddakı qəzada polis əməkdaşı öldü

Prezident sabiq icra başçısına “Tərəqqi” medalı verdi   
18.11.2017, 21:08

Prezident sabiq icra başçısına “Tərəqqi” medalı verdi  

Dünyanın ən iri hava gəmisi qəzaya uğradı
18.11.2017, 21:04

Dünyanın ən iri hava gəmisi qəzaya uğradı

İndi söz sizindir, ƏZİZ XANIMLAR...
18.11.2017, 20:50

İndi söz sizindir, ƏZİZ XANIMLAR...

Azərbaycan Gimnastika Federasiyası könüllülər qəbul edir
18.11.2017, 20:32

Azərbaycan Gimnastika Federasiyası könüllülər qəbul edir

Paytaxtda yaşayış binasında yanğın: 23 sakin təxliyyə edildi
18.11.2017, 20:16

Paytaxtda yaşayış binasında yanğın: 23 sakin təxliyyə edildi

"Tək üzr istəmək kifayət deyil" - Ərdoğan
18.11.2017, 20:02

"Tək üzr istəmək kifayət deyil" - Ərdoğan

Qusarda vətəndaşlara qarşı dələduzluq edən şəxs tutuldu
18.11.2017, 19:51

Qusarda vətəndaşlara qarşı dələduzluq edən şəxs tutuldu

Ucqar kəndin gənc müəllimi - “Burda hər günüm bir macəradı” - LAYİHƏ
18.11.2017, 18:01

Ucqar kəndin gənc müəllimi - “Burda hər günüm bir macəradı” - LAYİHƏ

Türkiyənin əfsanəvi atleti Naim Süleymanoğlu vəfat etdi
18.11.2017, 17:09

Türkiyənin əfsanəvi atleti Naim Süleymanoğlu vəfat etdi

Ermənistan ordusunda “dedovşina”   
18.11.2017, 16:33

Ermənistan ordusunda “dedovşina”  

Lənkəran-Lerik bölgəsində zəlzələ oldu
18.11.2017, 16:31

Lənkəran-Lerik bölgəsində zəlzələ oldu

Erməni boksçu hərbi hissədə əsgərləri döyür
18.11.2017, 16:26

Erməni boksçu hərbi hissədə əsgərləri döyür

Prezident qocaman YAP-çılara fərdi təqaüd, fəxri ad verdi - ADLAR
18.11.2017, 16:20

Prezident qocaman YAP-çılara fərdi təqaüd, fəxri ad verdi - ADLAR

“Çelsi” klubu “Qarabağ”ın ayırdığı biletlərdən imtina etdi
18.11.2017, 16:14

“Çelsi” klubu “Qarabağ”ın ayırdığı biletlərdən imtina etdi

İki nəfərə “Əməkdar jurnalist” adı verildi
18.11.2017, 16:09

İki nəfərə “Əməkdar jurnalist” adı verildi

Prezident tanınmış YAP-çıları təltif etdi - SİYAHI
18.11.2017, 16:05

Prezident tanınmış YAP-çıları təltif etdi - SİYAHI

Dini Komitənin sədr müavini: “Dini kimliyimiz milli kimliyimizə qarşı qoyulur”   
18.11.2017, 15:48

Dini Komitənin sədr müavini: “Dini kimliyimiz milli kimliyimizə qarşı qoyulur”  

Elmira Əmrahqızının adı niyə əbədiləşdirilməsin?.. Mərhum jurnalistlə bağlı TƏQDİMAT
18.11.2017, 15:42

Elmira Əmrahqızının adı niyə əbədiləşdirilməsin?.. Mərhum jurnalistlə bağlı TƏQDİMAT

Azərbaycanda peşə məktəbləri 3 cür olacaq   
18.11.2017, 15:32

Azərbaycanda peşə məktəbləri 3 cür olacaq  

Zaqatalada ilk dəfə Fındıq festivalı keçirilib - FOTOLAR
18.11.2017, 15:29

Zaqatalada ilk dəfə Fındıq festivalı keçirilib - FOTOLAR

Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb
18.11.2017, 15:21

Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb

Qalmaqallı sənəd Milli Məclisə çıxarılır
18.11.2017, 15:09

Qalmaqallı sənəd Milli Məclisə çıxarılır

ARXİV