18 fevral 2018, Bazar
Ana Səhifə - MEDİA - “Sabah” qəzeti “Qarabağ”a təhqiredici yazını PJB-nin müdaxiləsilə sildi - AÇIQLAMA  
“Sabah” qəzeti “Qarabağ”a təhqiredici yazını PJB-nin müdaxiləsilə sildi - AÇIQLAMA  
21.10.2017, 11:12

Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel “Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakata yönəlik təhqiredici yazı ilə çıxış edib.

Modern.az-ın məlumatına görə, müəllif “Ezik kareoqrafi”  adlı yazısında azarkeşlərimizin A4 formatlı kağıza “Qarabağ” sözü yazmalarını futbol tarixində ən əzik, ən fağır, ən gülməli  görüntü adlandırıb.


Yazarın olaya bu cür yanaşması Azərbaycanda etirazla qarşılanıb. Yazıyla bağlı sosial şəbəkədə ciddi müzakirələr aşılıb və Türkiyə mətbuatı qınanılıb.

Bundan sonra Mövlud Tezelin yazısı “Sabah” qəzetinin saytından silinib.

Məsələ ilə bağlı qəzetin redaktoru açıqlama verib. Baş redaktor İsa Tatlıcan  qeyd edib ki, yazı saytdan silinib: “Bu yazı köşə yazarının şəxsi fikirləri idi və tənqidlərdən sonra saytımızdan silinib”.

O, müəllifin bu barədə geniş açıqlama verəcəyini qeyd edib: “Biz köşələrə qarışmırıq. Mevlut Tezel özü geniş açıqlama verəcək. Onun yerinə danışmağım düzgün olmaz”.



Bu arada qeyd edək ki, sözügedən yazının “Sabah” qəzetinin saytından qaldırılmasında Azərbaycan Parlament Jurnalistləri Birliyi (PJB) xüsusi rol oynayıb.

PJB sədri , Modern.az portalının rəhbəri Elşad Eyvazlı
da məsələylə bağlı açıqlama ilə çıxış edib.

E.Eyvazlı bu haqda bildirib:

 - "Sabah" qəzetində "Qarabağ" klubu ilə bağlı dərc edilən yazı Türkiyənin özündə də ciddi eritrazla qarşılanıb. Birinci gün elə "Sabah" qəzetində bununla bağlı yazı dərc ediləcəyinə söz verdilər.

Bundan öncə də dəfələrlə Türkiyənin bu tipli media qurumlarında Azərbaycana qarşı, xüsusilə də Qarabağ mövzusunda yazılar dərc edilib. Açığı, hər dəfə məsələni ictimailəşdirmədən həll etmişik. Sonralar bu işi kimlərsə öz adlarına bağlayıblar. Bunu redaksiyamızda da bilirlər.
Amma mənim üçün önəmli olan bu deyil, olsun. Qəbul etmədiyim məsələ erməni mövqeli yazıların Türkiyə mediasında yer almasıdır. 

Son yazı ilə bağlı mənə çatan ilkin məlumatlara rəğmən, bunu deyə bilərəm: Müəllif üzərindən atsa da, ermənidir.

Yaranmış problemin bir daha təkrarlanmaması üçün təklif irəli sürdüm. 

Ya 3-4 jurnalist olaraq biz gedib İstanbulda həmin media qurumlarının rəhbərləri ilə görüşməliyik ya da onları Bakıya dəvət etməliyik. Fikrimi Türkiyəyə, həmin media qurumlarının rəhbərlərinə də çatdırdım. 

Gələn həftə bununla bağlı qərar verəcəyik. 

Belə olmur. Hər dəfə Türkiyədə Qarabağla bağlı hansısa erməniəsilli jurnalist əleyhimizə yazı yazacaq, biz də onu təkzib etdirməklə, yaxud da saytlardan çıxatdırmaqla işimizi tamamlanmış sayacağıq. 

Problemi kompleks şəkildə həll etməliyik. 

Onun üçün bu təklifi irəli sürdüm və Türkiyədəki dostlar tərəfindən dəstəkləndi.

P.S.Açığı şəxsən mən hansısa xarici ölkədə Azərbaycana qarşı baş verən xoşagəlməz olayların erməni lobbisi tərəfindən törədildiyini qəbul edə bilmirəm. 
Birincisi, bununla erməni lobbisinin faktiki gücünü daha da böyüdürük. 
İkincisi isə bəzən vəzifəmizin öhdəsindən gələ bilmədikdə erməni lobbisini ortaya atırıq. Bəs bizim Diaspor Komitəsi?

P.P.S. Tanıyanlar yaxşı bilir ki, gedənin arxasınca danışmaq xarakterimə yaddır. Ancaq Azərbaycan diplomatının fəaliyyəti üçün Türkiyədən yaxşı, münbit şəraitli ölkə varmı? Azərbaycanın Türkiyədəki sabiq səfiri Faiq Bağırov neçə illər bizi ancaq məyus etməklə məşğul oldu. Altı il öncə Ankarada Kızıl Ay Meydanında bir həftə müddətində keçirdiyimiz "Ermənistanın Azərbaycanda törətdikləri soyqırımları fotolarda" sərgisinə (Türkiyə Qəzetçilər Federasiyası həmin sərgini 10 böyük şəhərdə keçirdi) o zaman Faiq Bağırov gəlmədi, hətta ağız büzdü. 
Sərgiyə Türkiyənin nazirlərinin, deputatlarının qatıldığını eşidən sabiq səfirin halını sizə anlada bilməyəcəm.
Bu onunla bağlı 1 detal idi. Niyə bunu yada saldım. Çünki bizim Türkiyədəki indiki səfirimiz Xəzər İbrahimdən qeyd edilən problemlərin həlli ilə bağlı böyük ümid və gözləntilərimiz var. Əminik ki, Xəzər İbrahim bu sahədə böyük dönüş yaradacaq. Çünki biz jurnalistlər onu Vətənini sevən, çalışqan, jurnalistlərə açıq, Azərbaycanı dünyanın istənilən ölkəsində istədiyimiz kimi təmsil edəcək diplomat, azərbaycanlı kimi tanıyırıq.

P.P.P.S. Bu arada qeyd etdiyimiz məsələlərlə bağlı verdiyi dəstəyə görə dostumuz İlkər Erdoğana böyük-böyük təşəkkürümüzü bildiririk.


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Qəzzada 4 İsrail hərbçisi minaya düşdü
18.02.2018, 00:54

Qəzzada 4 İsrail hərbçisi minaya düşdü

Ukrayna Rusiya ilə danışıqların şərtini açıqladı
18.02.2018, 00:33

Ukrayna Rusiya ilə danışıqların şərtini açıqladı

Azərbaycan cüdoçuları ilk yarış günü  4 medal qazandı 
18.02.2018, 00:16

Azərbaycan cüdoçuları ilk yarış günü  4 medal qazandı 

Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdi
17.02.2018, 23:59

Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdi

Türkiyədən terrorçulara növbəti zərbə
17.02.2018, 23:47

Türkiyədən terrorçulara növbəti zərbə

Bakı sakini tullantılardan neft və qaz ala bilən avandlıq hazırladı
17.02.2018, 23:31

Bakı sakini tullantılardan neft və qaz ala bilən avandlıq hazırladı

Fişənglərin alışması nəticəsində doqquz nəfər öldü
17.02.2018, 23:17

Fişənglərin alışması nəticəsində doqquz nəfər öldü

Azərbaycanda 2 ayın gəlini yoxa çıxdı -VİDEO
17.02.2018, 23:00

Azərbaycanda 2 ayın gəlini yoxa çıxdı -VİDEO

ABŞ dünyanı Şimali Koreya ilə əlaqələri kəsməyə çağırdı
17.02.2018, 22:44

ABŞ dünyanı Şimali Koreya ilə əlaqələri kəsməyə çağırdı

Uşaq bağçasında  87 uşaq zəhərləndi
17.02.2018, 22:26

Uşaq bağçasında  87 uşaq zəhərləndi

Feysbuk və FTB birgə çalışacaq
17.02.2018, 22:14

Feysbuk və FTB birgə çalışacaq

Hər il 40 milyon insan bu səbəbdən həyatını itirir
17.02.2018, 21:59

Hər il 40 milyon insan bu səbəbdən həyatını itirir

Həbsxanadan 10 məhkum qaçdı
17.02.2018, 21:43

Həbsxanadan 10 məhkum qaçdı

Türkiyə daha iki şəhid verdi
17.02.2018, 21:25

Türkiyə daha iki şəhid verdi

Qaradağlı faciəsinin qurbanları anıldı - Fotolar
17.02.2018, 21:09

Qaradağlı faciəsinin qurbanları anıldı - Fotolar

Elmar Məmmədyarov Avropa İttifaqının komissarı ilə müzakirələr apardı
17.02.2018, 20:54

Elmar Məmmədyarov Avropa İttifaqının komissarı ilə müzakirələr apardı

Üç yaşlı Zəhranın ölüm səbəbi açıqlandı
17.02.2018, 20:39

Üç yaşlı Zəhranın ölüm səbəbi açıqlandı

Zəlzələ İngiltərəni də silkələdi
17.02.2018, 20:22

Zəlzələ İngiltərəni də silkələdi

SOCAR-a məxsus benzin daşıyan maşın partladı
17.02.2018, 20:14

SOCAR-a məxsus benzin daşıyan maşın partladı

Helikopter qəzasında ölənlərin sayı 13 nəfərə çatıb
17.02.2018, 20:00

Helikopter qəzasında ölənlərin sayı 13 nəfərə çatıb

GUAM ölkələri baş nazirləri Moldovada toplanacaq
17.02.2018, 19:41

GUAM ölkələri baş nazirləri Moldovada toplanacaq

Azərbaycanlı nazir Münhen Təhlükəsizlik Konfransında
17.02.2018, 18:43

Azərbaycanlı nazir Münhen Təhlükəsizlik Konfransında

Gənc blogerlərlə bağlı sorğu yekunlaşdı - Əlixan Rəcəbov 1-ci oldu   
17.02.2018, 18:39

Gənc blogerlərlə bağlı sorğu yekunlaşdı - Əlixan Rəcəbov 1-ci oldu  

“Zob”un simptomları - Doktor: “Xəstəliyi başlı-başına buraxmayın”
17.02.2018, 18:21

“Zob”un simptomları - Doktor: “Xəstəliyi başlı-başına buraxmayın”

Sarkisyan Almaniyaya getdi   
17.02.2018, 17:59

Sarkisyan Almaniyaya getdi  

Mirmahmud Mirəlioğlu seçkilərə qatılmaq istəmədi   
17.02.2018, 17:55

Mirmahmud Mirəlioğlu seçkilərə qatılmaq istəmədi  

Qəbələdə futboldan sonra kütləvi TOQQUŞMA - VİDEO
17.02.2018, 17:37

Qəbələdə futboldan sonra kütləvi TOQQUŞMA - VİDEO

Akif Nağı seçkilərə qatılacaq - Yekun qərar verildi
17.02.2018, 17:33

Akif Nağı seçkilərə qatılacaq - Yekun qərar verildi

Seçkilərdə müşahidəçilik üçün MSK-ya 6 müraciət daxil olub
17.02.2018, 17:11

Seçkilərdə müşahidəçilik üçün MSK-ya 6 müraciət daxil olub

Prezidentliyə namizədliyi irəli sürülən 12 nəfər - SİYAHI   
17.02.2018, 17:06

Prezidentliyə namizədliyi irəli sürülən 12 nəfər - SİYAHI  

Azərbaycan kubokunun finalı mayın 28-də keçiriləcək
17.02.2018, 16:47

Azərbaycan kubokunun finalı mayın 28-də keçiriləcək

Daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürüldüyü təsdiqləndi - ADLAR   
17.02.2018, 16:37

Daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürüldüyü təsdiqləndi - ADLAR  

İki nəfərin ölümünə səbəb olan “Kamaz” sürücüsü saxlanıldı
17.02.2018, 16:30

İki nəfərin ölümünə səbəb olan “Kamaz” sürücüsü saxlanıldı

Üç gün öncə ad gününü keçirən aktyor vəfat etdi  
17.02.2018, 16:04

Üç gün öncə ad gününü keçirən aktyor vəfat etdi  

Deputatlar Xocalı soyqırımı ilə bağlı Avropaya gedirlər   
17.02.2018, 15:43

Deputatlar Xocalı soyqırımı ilə bağlı Avropaya gedirlər  

ARXİV