Modern.az

İşlədiyi mağazadan 30 minlik mal oğurladı, tutuldu  

İşlədiyi mağazadan 30 minlik mal oğurladı, tutuldu   

Aktual

21 Oktyabr 2017, 12:53

Qaradağ rayonu ərazisindəki ticarət mərkəzlərindən birində çalışan Ramiz Həsənov icarədarı olduğu mağazadan oğuruq olması barədə 10-cu Polis Bölməsinə müraciət edib. O, ərizəsində hesabat apararkən 2014-cü ildən cari il oktyabrın 18-dək olan müddətdə mağazadan ümumilkdə 30000 manat dəyərində məişət əşyalarının çatışmadığını bildirib.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarında oğurluğun mağazada işləyən satıcı tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, sonuncu saxlanılaraq Polis Bölməsinə gətirilib.

Araşdırmalarla onun Mingəçevir şəhər sakini Adil Müzəffərov olduğu məlum olub. Satıcı təqribən 3 il ərzində həmin mağazadan dəmir və misdən hazırlanmış məişət əşyalarını oğurlayıb sataraq pulunu mənimsədiyini etiraf edib.

Faktla əlaqədar Qaradağ Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?