Modern.az

Müdriklik zirvəsi - 70 yaş...  

Müdriklik zirvəsi - 70 yaş...   

Ədəbi̇yyat

21 Oktyabr 2017, 13:46

Hər bir insanın dünyaya gəlişi , həyat və fəaliyyəti müəyyən missiya ilə əlaqədardır… Bu mənada hər kəs yaşadığı dövrdə Tanrı tərəfindən ona həvalə olunmuş missiyanı həyata keçirmiş olur. Bəşəri duyğularla yaşayan , xalqına, millətinə layiqli övlad olmağa çalışan, onun yolunda  hər cür fədakarlığa hazır olan insanlar Tanrı tərəfindən ona həvalə olunmuş missiyanı səssiz-küysüz icra edir və bundan xüsusi zövq alır... Belə insanlardan biridir Hadi Rəcəbli. ..

Sadə fəhləlikdən millət vəkilliyinə qədər yüksələn bu şəxsiyyət - mənalı ömür yolu keçib. Xalqına olan sevgisi onu Milli Məclisdə Əmək və sosial siyasət komitəsinin sədri vəzifəsinə qədər gətirib çıxarıb. O, şəhid ailələrini, Qarabağ müharibəsi əlillərini, xəstəlik əlillərini növbədənkənar qəbul edir, onların problemlərini həll etməyə çalışır.

70 illik ömür kitabını vərəqləsək, görərik ki, Hadi Rəcəbli sadəliyi, zəhmetkeşliyi və xeyirxahlığı ilə xalqının sevgisini qazanıb. Pillə - pillə ucalaraq, xalqının etimadı sayəsində millət vəkili seçilib.


Mən İİ-qrup əlil kimi, Lənkərandakı "Palıdlı Sahil" istirahət zonasında Hadi Rəcəblinin Qarabağ əlillərinə, şəhid ailələrinə və xəstlik əlillərinə göstərdiyi isti ata qayğısının şəxsən şahidi olmuşam.Hər bir əlili bir - bir qəbul edərək, problemlərini səbrlə dinləyir ,əlindən gələn köməyi göstərir Hadi müəllim…

Bunun bariz nümunəsidir ki, o, xalq arasında və cəmiyyətdə özünəməxsus nüfuza sahibdir. El yolunda yanan ürəyi onu  xalqına sevdirib.


Vətənçin yaşayan , Vətənçin ölən,
Səmimi bir insan nə bəxtiyardır! 


Coşqun təbiətli şairimiz Mikayıl Müşfiq bu sözlərlə qəlbində Vətən sevgisi yaşadan insan övladını uca zirvəyə qaldırıb. Vətəni sevmək , Vətən naminə Yaşamaq, ona xidmət göstərmək üçün hansısa seçilmiş bir sənət sahibi olmağa lüzum yoxdur. Fəhlə də, həkim də, alim də Vətən  üçün yaşaya, öz əməyi ilə Vətənin şöhrətini artıra bilər. Kifayətdir ki, ürəkdə təpər, istək, təəssübkeşlik olsun. Bütün bu keyfiyyətlər ağsaqqalımız Hadi Rəcəblinin müdrik xarakterində öz əksini tapıb.


Oktyabrın 25-də hörmətli ağsaqqalımızın 70 yaşı tamam olur.  Əlillər adından onu 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı, şərəfli işində uğurlar arzu edirəm. 


Rəna Sələtdin qızı Hacıyeva,
ziyalı, İİqrup əlil 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır