Modern.az

Makedoniyalı siyasətçi: ““Sabah” Ermənistan haqda sərt yazmaqla günahını yumalıdır”

Makedoniyalı siyasətçi: ““Sabah” Ermənistan haqda sərt yazmaqla günahını yumalıdır”

Aktual

21 Oktyabr 2017, 13:51

“Sabah” qəzetinin “Qarabağ” klubunun azarkeşləri ilə bağlı hazırladığı təhqiredici yazı, mahiyyət etibarilə Türkiyə-Azərbaycan qardaşlığına ziddir və qıcıq yaradır.


Diaspor fəalı Elnur Eltürk  Modern.az-a deyib ki, bu fikirləri Türk Hərəkat Partiyasının baş katibi, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Makedoniya-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Enes İbrahim Türkiyənin “Sabah” qəzetinin “Qarabağ” klubunun azarkeşləri ilə bağlı yazısına münasibətində bildirib.


“Orada “Qarabağ”ın necə yazılmasına önəm vermək lazım deyil. “Qarabağ” bizim ürəyimizdə olan klubdur. Qarabağ sevgisini kağızda yox,ürəyimizdə yaşadırıq. “Sabah” qəzeti Qarabağı viran qoyan Ermənistan barədə sərt reportaj hazırlayıb, buraxdığı ciddi səhvini yumalıdır”,-deyə millət vəkili vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?