Modern.az

Qarabağ” azarkeşlərini təhqir edən “Sabah”lı yazar üzr istədi - FOTO  

“Qarabağ” azarkeşlərini təhqir edən “Sabah”lı yazar üzr istədi - FOTO   

21 Oktyabr 2017, 14:12

Azərbaycanın “Qarabağ” futbol klubunun azarkeşlərini “En ezik kareografi”adlı yazısı ilə təhqir edən “Sabah” qəzetinin yazarı Mövlud Tezel nəhayət üzr istədi.

Modern.az saytı xəbər verir ki, bu barədə M.Tezel özünün Tvitter hesabında yazıb.

“Diqqətli oxunursa, yazım sadəcə bu xoreoqrafiya haqqında əyləncəli bir şərhdir. Əgər Azərbaycan xalqını və qarabağlıları üzdümsə, üzr istəyirəm”, - deyə Tezel bildirib.

 

Xatırladaq ki, Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel “Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakata yönəlik təhqiredici yazı ilə çıxış edib. 
Müəllif “En ezik kareografi”  adlı yazısında azarkeşlərimizin A4 formatlı kağıza “Qarabağ” sözü yazmalarını futbol tarixində ən əzik, ən fağır, ən gülməli  görüntü adlandırıb.

Yazarın olaya bu cür yanaşması Azərbaycanda etirazla qarşılanıb. Yazıyla bağlı sosial şəbəkədə ciddi müzakirələr aşılıb və Türkiyə mətbuatı qınanılıb.

Bundan sonra Mövlud Tezelin yazısı “Sabah” qəzetinin saytından silinib.




Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?