Modern.az

Bakı-Xarkov-Kiyev avtobus reysinin qiyməti açıqlandı

Bakı-Xarkov-Kiyev avtobus reysinin qiyməti açıqlandı

Aktual

21 Oktyabr 2017, 14:20

Noyabrın 9-dan həftənin 1-ci və 4-cü günləri Bakı-Xarkov-Kiyev reysi fəaliyyətə başlayacaq. Reysin yola düşmə vaxtı Bakı vaxtı ilə saat 11:00-da olacaq. Gediş qiyməti 1000 manat təşkil edir. Beş yaşına qədər olan uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. Beş yaşından on yaşına qədər uşaqlar üçün biletin qiymətinin 50%-i ödənilir. Sərnişinlər istədikləri təqdirdə, beş yaşına qədər olan uşaqlar üçün də yarı qiymətinə bilet əldə edə bilərlər.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Modern.az-a bildirlib ki, qiymətlər hər iki tərəfdən (həm Ukrayna, həm də Azərbaycan) daşımaları həyata keçirən şirkətlərin razılığı əsasında müəyyən edilib. Biletlərin qiyməti müqavilədə iştirak edən şirkətlərin razılığı əsasında və hər iki respublikanın müvafiq orqanları tərəfindən təsdiq edilib.

Qeyd edək ki, Bakı-Xarkov-Kiyev reysi Rusiya Federasiyasının ərazisindən keçməklə həyata keçiriləcək.

“Nəzərinizə çatdırmaq istəyirik ki, sərnişinləri daşıyan avtobuslar rahat, komfortlu olmaqla bərabər WIFI internet şəbəkəsi ilə təchiz edilib. Eyni zamanda, sərnişinlər yol boyu çay, kofe ilə təmin olunur. Biletləri 10 gün öncədən kassadan və ya online şəkildə əldə edə bilərsiniz”, -deyə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bildirilib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir