Modern.az

Məşhur türkiyəli məşqçi: “Qarabağı və “Qarabağ” klubunu çox sevirik”

Məşhur türkiyəli məşqçi: “Qarabağı və “Qarabağ” klubunu çox sevirik”

21 Oktyabr 2017, 14:23

“Qardaşlığımıza ziyan gətirəcək addımlar atmaq olmaz”. Diaspor fəalı Elnur Eltürk Modern.az-a xəbər verir ki, bu fikirləri Türkiyənin məşhur məşqçisi Yılmaz Vural Türkiyənin “Sabah” qəzetinin “Qarabağ” klubunun azarkeşləri ilə bağlı yaydığı yazıya münasibətində bildirib.

 “İki qardaş ölkənin əlaqələrinə zərər gətirən yazılar yazmaq qətiyyən olmaz. Azərbaycan insanının bizi necə sevdiyini Bakıda səfərdə olarkən gördüm. Bu, sevgini zəiflədəcək yazılar onları üzür və dərindən sarsıdır. Türkiyədə milyonlarla Azərbaycanı sevən var. Dünən sosial şəbəkələrdə də “Sabah” qəzetində gedən yazıya əsaslı və tutarlı cavab verildi. Məncə, bu reallığa “Sabah”ın rəhbərliyi gələcək yazılarında diqqət edəcəklər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır