Modern.az

Bir qrup vətəndaşın səndləri yoxlanıldı, onlara ünvanlı sosial yardım kəsildi

Bir qrup vətəndaşın səndləri yoxlanıldı, onlara ünvanlı sosial yardım kəsildi

10 İyun 2011, 17:29

Bakı şəhər Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində “Ünvanlı dövlət sosial yardımı təyin edən Komissiya”nın növbəti iclası keçirilib. Komissiyanın iclasında Nəsimi rayon Əhalinin Sosial Müdafiə və Məşğulluq Mərkəzlərinin nümayəndələri, Məşğulluq, Statistika, Maliyyə idarələrinin, rayon bələdiyyəsinin və Qarabağ əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin nümayəndələri iştirak ediblər. Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclasda ünvanlı dövlət sosial yardımı almaq üçün Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etmiş bir qrup rayon sakinlərinin sənədlərinə baxılıb. Müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsi kütləvi informasiya vasitələrinin iştirakı ilə həyata keçirildikdən sonra komissiyada onların sənədləri müzakirə edilmiş və özlərindən asılı olmayan səbəbdən yoxsul vəziyyətdə yaşayan ailələrə sosial yardım təyin edilib.
Sənədlərin müzakirəsində və yardımların təyinatında tam şəffaflığı təmin etmək məqsədilə vətəndaş cəmiyyəti institutları və ictimaiyyətin nümayəndələri yaxından iştirak ediblər.

Xatırladaq ki, ünvanlı sosial yardımın təyin olunmasında ictimai nəzarətin gücləndirilməsi məqsədilə Nazirliyin Kollegiyasının 12 aprel 2011-ci il tarixli Qərarı ilə “Ünvanlı dövlət sosial yardımı təyin edən Komissiya haqqında Əsasnamə”yə əlavə və dəyişikliklər edilərək komissiyaların tərkibinə qeyri-hökümət təşkilatlarının nümayəndələri də daxil edilmiş və bu yardımları təyin edən komissiyaların iclaslarında onların təmsilçilərinin bir qayda olaraq iştirakı təmin olunub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu