Bu gün Müsavat Partiyasında boş qalan Məclis və MNTK üzvlüyünə seçkilər keçirilib.
Modern.az-ın məlumatına görə, bu barədə Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov bildirib.
Qeyd edək ki, boş qalan Məclis və MNTK üzvlüyünə seçki prosesi Yadigar Sadıqovun sədri olduğu Seçki komissiyası nəzarət edib.
Məclis üzvlüyünə seçkilərdə 10 yerə qarşı 26 namizəd, MNTK-ya seçkilərdə isə 3 yerə qarşı 5 namizəd imübarizə aparıb. Maraqlıdır ki, heç kim seçilmək üçün yetərli səs toplaya bilməyib.