Modern.az

Marneulidə azərbaycanlı namizədlər arasında dava olub

Marneulidə azərbaycanlı namizədlər arasında dava olub

21 Oktyabr 2017, 20:02

Gürcüstanın Marneuli rayonunda azərbaycanlı namizədlər arasında dava düşüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Kvemo Sarali kəndində baş verən davaya görə artıq cinayət işi qaldırılıb.

Gürcüstannın Daxili İşlər Nazirliyinin yaydığı  məlumata görə, dava müxalifətin Avropa Gürcüstanı Partiyasının nümayəndəsi Məhəmməd Hüseynovla Gürcü Arzusu Partiyasından olan Mirkazım Yaqubov arasında baş verib.

Qeyd edək ki, bu gün Gürcüstanda yerli idarəetmə orqanlarına seçki keçirilib. Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneulidə seçki prosesi ilə bağlı rayon seçki komissiyasına 17 şikayət daxil olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...