Modern.az

Barselonada aksiyalar başlayıb

Barselonada aksiyalar başlayıb

Dünya

21 Oktyabr 2017, 21:16

Barselonada yenidən aksiyalar başlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Kataloniyanın müstəqilliyinə dəstək yürüşünün iştirakçıları muxtariyyətin məhdudlaşdırılması və Kataloniya hökumətinin buraxılmasına etiraz edirlər.

Yürüşdə Kataloniya Baş naziri Karlos Puçdemon, Kataloniya hökumətinin bütün üzvləri, Barselona meri və şəhər administrasiyalarının rəhbərləri iştirak edirlər. Etirazçılar aksiyada müstəqillik, demokratiya kimi şüarlar səsləndirirlər.

 

Qeyd edək ki, İspaniya hökuməti Kataloniya hökumətinin buraxılması haqqında qərar qəbul edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır