Modern.az

Bəxtiyar Vahabzadə Türkiyədə anıldı

Bəxtiyar Vahabzadə Türkiyədə anıldı

21 Oktyabr 2017, 21:37

Türkiyədə Süleyman Dəmirəl Mədəniyyət Mərkəzində Azərbaycanın Müstəqillik Həftəsi çərçivəsində Bəxtiyar Vahabzadə və Abdurrahim Qarakoça həsr edilən mərasim keçirilir.

Modern.az xəbər verir ki, Manisada keçirilən tədbir hazırda sosial şəbəkələrdə canlı yayımlanır.

Deputat Qənirə Paşayevanın rəhbərlik etdiyi nümayəndə heyətinin də qatıldığı tədbir qardaş ölkələrin milli marşları ilə başlayıb.

Türkiyənin teatr və kino sənətçisi Əhməd Yenilməz, Manisa millət vəkili, AKP sədrinin yardımçısı Səlcuq Özdağ, millət vəkili Qənirə Paşayeva Bəxtiyar Vahabzadə yaradıcılığı ilə bağlı fikirlərini bölüşürlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!