Modern.az

Azay Quliyev ATƏT PA prezidentinin dəyişməsinin səbəbi haqqında danışdı

Azay Quliyev ATƏT PA prezidentinin dəyişməsinin səbəbi haqqında danışdı

21 Oktyabr 2017, 21:52

ATƏT PA-nın Avstriyadan olan prezidenti Kristine Muttonenin dəyişməsi və vitse-prezident George Tseretelinin prezident olması haqqında xəbərə aydınlıq gətirilib. Modern.az xəbər verir ki, qurumun Azərbaycandan olan vitse-prezidenti Azay Guliyev APA-ya açıqlamasında xəbəri təsdiqləyərək, ATƏT PA-nın prezidentinin dəyişməsinin səbəbini izah edib: “Bildiyiniz kimi bu ilin oktyabrın 15-də Avstriyada parlament seçkiləri keçirildi. Kristina Muttonen Sosial demokratların namizədi olaraq kifayət qədər səs toplamadığına görə parlamentə təkrar seçilə bilmədi. Parlamentə seçilmədiyinə görə o, #ATƏT PA-nın üzvü və prezidenti kimi də mandatını itirmiş oldu.

ATƏT Parlament Assambleyasının Prosedur Qaydalarının 5.8 maddəsinə əsasən Prezident bu və ya digər səbəbədən öz vəzifələrini icra edə bilmədikdə və ya Assambleyanın üzvü kimi mandatını itirdikdə onu vaxt baxımından ən uzun müddət fəaliyyət göstərən vitse-prezident əvəz etməlidir. Hazırda isə ATƏT PA-da ən çox staja malik #vitse-prezident Gürcüstan parlamentinin üzvü olan George Tseretelidir. Ona görə də George avtomatik olaraq qaydalara görə prezidentin səlahiyyətlərini həyata keçirəcək və ATƏT PA-nın fəaliyyətdə olan prezidenti olacaq. O bu vəzifəni noyabrın 9-dan gələn ilin iyulun 11-nə kimi icra edəcək. 2018-ci ilin 7-11 iyulunda Berlində keçiriləcək illik sessiyada isə quruma yeni prezident seçiləcək. Biz çalışacağıq ki, ATƏT PA-nın fəaliyyətində hər hansı bir problem olmasın. Əminəm ki, George bu vəzifənin öhdəsindən gələcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi