Modern.az

Kaxa Kaladzeni Tbilisi meri seçildi

Kaxa Kaladzeni Tbilisi meri seçildi

21 Oktyabr 2017, 22:35

Gürcüstanda keçirilən bələdiyyə seçkiləri artıq başa çatıb. Modern.az xəbər verir ki, səsvermə prosesi saat 20:00-da yekunlaşıb. Gürcüstan vətəndaşları 64 şəhər və rayonun icra başçılarını, eləcə də 64 bələdiyyəyə (sakrebulo) namizəd seçiblər. Səslərin hesablanmasının ilkin nəticələrinə görə, “Gürcü arzusu - demokratik Gürcüstan” partiyası 58 faiz səs toplayıb.

“Exit-poll”un nəticələrinə görə, Tbilisi meri vəzifəsinə hakim “Gürcü Arzusu” Partiyasının namizədi Kaxa Kaladze 54 faiz səslə liderlik edir.

 

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili də Kaxa Kaladzeni Tbilisi meri vəzifəsinə seçkilərdə qələbə münasibətilə təbrik edib: "Yerli idarəetmə orqanlarına seçkilər Gürcüstan demokratiyasının vacib qələbəsidir. Əhalimiz ölkənin kursunun doğru olduğunu gördü. Bizi daha yaxşı gələcək gözləyir. Tbilisi dünyanın ən gözəl şəhərlərindən biri olacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi