Modern.az

Jurnalistin qatilini tapanlara 1 milyon avro mükafat veriləcək

Jurnalistin qatilini tapanlara 1 milyon avro mükafat veriləcək

22 Oktyabr 2017, 00:48

Malta hökuməti avtomobilinə qoyulan bombanın partlaması nəticəsində həyatını itirən jurnalist Defne Karuana Qalisiyanın qatilini tapanlara mükafat vəd edir. Modern.az Axar.az-a istinadən xəbər verir ki, qatili tapanlara 1 milyon avro mükafat veriləcək.

Məlumata görə, 53 yaşlı müxalifətçi jurnalistə qarşı törədilən sui-qəsdin üstünün açılması üçün hökumət lazimi tədbirlərin görülməsini əmr edib.

Qeyd edək ki, Defne Karuana Qalisiya ölümündən 15 gün əvvəl polisə öldürüləcəyi ilə bağlı təhdidlər aldığını bildirmişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir