Modern.az

Astana-Bakı sərnişin təyyarəsində  problem

Astana-Bakı sərnişin təyyarəsində  problem

22 Oktyabr 2017, 09:26

Astana-Bakı reysi ilə uçan sərnişin təyyarəsi naviqasiya sistemində yaranan problem səbəbindən ünvana çata bilməyib. Modern.az xəbər verir ki, Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsi məlumatına görə, təyyarə bu səbəbdən geri qayıdıb.

 

Məlumata görə, 90 nəfər sərnişinin olduğu avialayner saat 22:56-da ştat rejimində eniş edib. Heyət üzvləri standart təhlükəsizlik prosedurlarına əməl ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi