Modern.az

Sloveniyada prezident seçkiləri keçirilir

Sloveniyada prezident seçkiləri keçirilir

22 Oktyabr 2017, 09:59

Bu gün Sloveniyada növbəti prezident seçkiləri keçirilir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, seçkidə hazırkı dövlət başçısı Borut Paxorun üstünlük qazanacağı ehtimal edilir.

İkinci yerdə keçmiş komediya aktyoru, Kamnik şəhərinin meri Maryan Şaretsin, üçüncü yerdə isə Sloveniya Demokrat Partiyasının namizədi, Avropa Parlamentinin üzvü Roman Tomtsın qərarlaşdığı gözlənilir.

Qeyd edək ki, 1,7 milyondan çox seçicinin səs verəcəyi 3 mindən çox seçki məntəqəsi yerli vaxtla saat 19.00-a qədər açıq olacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir