Modern.az

“Haqqınızı halal edin” - Oqtay Bayramov FHN-dən ayrıldı

“Haqqınızı halal edin” - Oqtay Bayramov FHN-dən ayrıldı

22 Oktyabr 2017, 13:02

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Oqtay Bayramov öz ərizəsilə işdən ayrılıb.  Bu barədə Modern.az-a Oqtay Bayramov özü məlumat verib.

 

O, işdən ayrılma səbəbini ailə məsələləri ilə əlaqələndirib:

“Ərizə yazıb işdən ayrılmaq normaldır. Ailə üzvlərimin, özümün səhhətimdə problemlər var, hazırda onlarla məşğulam. Sizlərdən, çox razıyam. Bu 4 ildə gözəl insanlar tanıdım. Haqqınızı halal edin”.

 

Qeyd edək ki, O.Bayramovun yerinə hələlik təyinat olmayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı