19 yanvar 2018, Cümə
Ana Səhifə - MÜSAHİBƏ - 60 illik ömründə Allahın yazdığını pozan adam - İlham İsmayılla MÜSAHİBƏ
60 illik ömründə Allahın yazdığını pozan adam - İlham İsmayılla MÜSAHİBƏ
22.10.2017, 14:19

“Günəşin doğuşundan da, batışından da zövq alıram”

 

Bu gün Qarabağ müharibəsi veteranı, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi, polkovnik-leytnant İlham İsmayılın doğum günüdür.

İlham İsmayıl 1957-ci il oktyabrın 22-də Tərtərin Sarıcalı kəndində doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunu bitirib.

1982-1996-cı illərdə SSRİ DTK və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi, MTN Gəncə Şəhər Şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili postlarında çalışıb. MTN-in Şəmkir və Göyçay bölmələrinin rəisi olub. Gəncəbasar bölgəsinin erməni işğalçılarından azad olunmasında fəal iştirak edib.

1995-ci ildə MTN sistemindən istefa verərək ictimai-siyasi fəaliyyətlə məşğul olub.

60 illik yubileyini qeydən polkovnik-leytnant Modern.az-ın suallarını cavablandıb. Onunla müsahibəni təqdim edirik:

 

- İlham müəllim, Qarabağda, Tərtərin Sarıcalı kəndində doğulub boya-başa çatan biri kimi 60 ilik ömrə nələri sığışdırdınız, nələr hələ də yaşanmamış qalıb?

- Yaşanmamışlar var, amma sığışdıra bilmədiklərim lap çoxdur. Yəqin ki, siz elə-belə çəkmədiniz Sarcalı kəndinin adını. Sarıcalı tarixi kənddir. Qarabağ Xanlığını əsasını qoyan Pənahəli xan Sarıcalının, onun tayfasının kəndidir. Bu gün təəssüf ki, ömrümə sığışdıra bilmədiklərimin ən başında Qarabağın özü gəlir, Şuşa gəlir, Pənaəhəli xan Sarıcalının qurduğu xanlığı, torpaqlarımızı qoruya bilmədiyimiz gəlir. Yerdə qalan şəxsi mənada hər şey ola bilər ki, nəyisə olsun, nəyisə olmasın. İnsanlar çox vaxt maddi sərvət uğrunda mübarizə aparırlar. Mənim mübarizəm həmişə mənəvi olub. Yeri gələndə maddiyyatdan imtina etməyi də bacarmışam. Mənim olan maddiyyat bəs edib mənə.

 

- Mənəvi mübarizədə necə, həmişə qalib ola bilmisinizmi?

- Yox, deməzdim qalib gəlmişəm mənəvi mübarizədə. Ola bilsin ki, mənim vəzifədən imtina etməyim, haqsızlığa, ədalətsizliyə etiraz olaraq istefa verməyim cəmiyyət üçün birmənalı qarşılanmasın. Bilirsiniz, deyirlər, adamın ömrünün bir hissəsini Allah yazır, o biri hissəsini də insan özü yazır. Elə bilirəm ki, mən haradasa, Allahın yazdığını pozdum. Yerdə qalan hər nə varsa, onun günahı da savabı da mənimdir. Allaha da şükürlər olsun ki, bizi yola verir. Çünki çox çətindir, belə şəraitdə, bu şəkildə 22 il işləməmək çox çətindir.

 

- Bakı Dövlət Universitetinin jurnaslitika fakültəsini bitirmisiniz. Bəs sizi jurnalistikadan "çekist"liyə, o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinə aparan yol necə açıldı qarşınızda?

- Mən bunu kitabımda da yazmışam. Universiteti bitirib təyinatla rayona getmişdim. Təyinat yerim Bərdənin “Kommunist yolu” qəzeti idi. Mənə dedilər ki, “iş yoxdur, gözləməlisən”. Elə oldu ki, məni birbaşa raykoma işə götürdülər. 3 ay keçməmiş Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları gəlib baxdılar və “KQB” məktəbində oxumağı təklif etdilər. Mən razılaşdım. Sonra SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin 1 illik Minsk Ali Kursunu oxudum. Daha sonra Gəncədə baş əməliyyat müvəkkili oldum. 1988-ci ildən bizim bütün işimiz Qarabağ məsələsinə istiqamətləndi. Mən 1982-ci ildə işə götürülmüşəm. Sovet hökumətinin dövründə həmin illərdəki sakitlik pozuldu. O pozulandır ki, bu günə qədər də davam edir. İstər işlədiyim, xidmət etdiyim, istəsə də işsiz qaldığım müddətdə elə bilirəm ki, cəbhə, döyüş, vuruş olmasa da, mənəvi cəhətdən o vuruş hər gün, hər an var, faktiki olaraq o əzabı, çətinliyi yaşayırıq.

 

- Sarıcalı ilə bağlı xatirələriniz maraqlıdır. Yəqin bütün uşaqlığınız orda keçib.

- Bəli, 17 yaşıma qədər Sarıcalıda yaşamışam. Kəndimiz düz Tərtərçayın sahilindədir. O qədər xatirələrim var ki... Həm də uşaqlıq xatirələri nə ola bilər ki?... Hamısı məktəblə bağlıdır. Kəndimiz balaca idi. Kənddəki məktəb 8 illik idi. Oranı bitirib 3 kilometr aralıda yerləşən məktəbə 9-cu sinfi oxumağa getmişəm. 10-cu sinfi isə rayon mərkəzində oxumuşam. O da təxminən 10 kilometr aralı idi evimizdən. Qışın günündə getmək-gəlmək. Bunların içərisində piyada gedib-gəlmək də vardı, maşınla da gedib-gəlmək də. Bütün bunların hamısı mənim üçün ən şirin xatirlərdir. Ümumiyyətlə, keçmişim çox işıqlıdır. Bugünkü çətinliklərin qarşısında o vaxtkı çətinliklər çox gözəl günlərdir. Mənim kitabımın başlığı da belədir ki, “keçmişin işığında yaşayıram daha çox, nəninki gələcəyin”.

 

- Uzun müddət keçmiş Milli Təhlükəsizlik Nazirliyində çalışmışınız. Nə idi sizi ordan uzaqlaşdıran?Hər şeyi bir anın içində necə kənara ata bildiniz?

- Mən 1995-ci ilin sentyabrında işimdən imtina etdim və istefa verdim. Mən o vaxta qədər Şəmkirdə, Göyçayda rəis idim, sonra MTN-ə şöbə rəisi gəldim. Və çox çətin dövrə gəldik, Surət Hüseynovun 4 oktyabr qiyamı, 1995-ci ilin mart hadisələri... Bütün bu hadisələrin təhqiqat komissiyasının üzvü olmuşam. O dövrdə nə qədər haqsızlıqlar, ədalətsizliklər görmüşəm. Hələ o dövrü deyirəm. Mən bəzi təkliflərlə, tələblərlə, əmrlərlə razılaşmamışam. Bunun detallarına varmaq istəmirəm. Amma çox gərginliklər yaranıb rəhbərliklə mənim aramda. Nəhayət, o dərəcəyə çatdı ki, raport yazıb istefa verəsi oldum. Çünki o haqsızlıqların birbaşa icraçısı olmaq istəmirdim. Biri var haqsızlığı kənardan  seyr edəsən ki, kiməsə haqsızlıq edirlər və sənin ona gücün çatır ya çatmır, bu başqa məsələdir. Amma biri də var adamın özünə deyələr ki, “sən bu haqsızlığı, ədalətsizliyi icra edəcəksən”. Mən onu qəbul eləmədim.

 

- Nə vaxtsa, sistemdən istefa verdiyiniz üçün peşmanlıq hissi keçirmisinizmi?

- Yox, o peşmanlıq hissini keçirsəydim, 60 yaşıma çatmazdım, çoxdan ölərdim, yəqin ki. Fikirləşsəydim ki, niyə işdən çıxdım, niyə bütün bunlardan imtina etdim, gərək hər şeyi qəbul edəydim, lap böyüyəydim, general olaydım və s. bu mümkün deyil. Bu, mənim sifətimə, ləyaqətimə, əxlaqıma uyğun deyil. Ona görə də ən çətin vəziyyətlərimdə belə, hansı ki, o çətin vəziyyətlər məndən aralanmayıb, bu gün də davam edir, hətta deyərdim ,problemlər pik nöqtəsindədir, mən yenə də peşmanlıq çəkmirəm. Çünki yenə deyirəm, peşmanlıq mənəvi peşmanlıqdır. Fiziki peşmanlıq adamı bir dəfə öldürər, qurtararsan, mənəvi peşmanlıq uzun çəkər və adamı çərlədər, öldürər. Ona görə də mən heç vaxt ona yaxın dura bilməmişəm.

 

- İstefadan sonra MTN sistemindən hər hansı təkliflər oldumu sizə işlə bağlı?

- Xeyr. Mən elə bir obrazda olmamışam ki, deyələr “gəl də”.

 

- Pis anlamda qəbul etməyin. Bir mütəxəssis, işin bilicisi olaraq sizə ehtiyac duyublarmı anlamında dedim...

- Yox, qətiyyən və heç vaxt. Görünür orada söhbət işin bilicisi, mütəxəssisi, peşəkarı olmaqdan getmir. Əvvəla, 11 il 3 ay müddətində Eldar Mahmudov rəhbər idisə, “OBXSS” sistemindən çıxmış adam nə bilərdi ki, peşəkar nədir, yaxud necədir? Mümkün deyildi. Əgər işə qayıtmaq mümkün olsaydı belə, işləməyim mümkün olmazdı. Nə mən buna imkan yaratmışam, nə də onlar mənə bu barədə müraciət ediblər. Açığı gözləmirəm də.

 

- Dediyinizdən belə çıxır ki, keçmiş nazir Eldar Mahmudovla birgə çalışa bilməzdiniz...

- Heç cür mümkün deyildi. Hətta o vaxtın dövrünə qalsaydı, Namiq Abbasov işdən çıxsaydı və Eldar Mahmudov işə gəlsəydi belə mümkün deyildi. Abu-hava deyirlər. Birbaşa özümlə bağlı olmasa da, orada elə bir ab-hava, elitar münasibət vardı əvvəllər. O itib gedəndən, adama “əəə” deyə müraciət etməyə başlayandan sonra o mühitdə işləmək qeyri-mümkün olardı. Hansı ki, bizim sistemdə heç vaxt belə şey görməmişəm. Ona görə, hətta, işçilərin çox hissəsi o müraciətin formasına görə oradan uzaqlaşıblar. Təbii ki, mən də qala bilməzdim.

 

- İlham müəllim, uzun müddət vəzifədə, sistemdə çalışan bir insan kimi maddi sıxıntılarınızın olmadığını dediniz.

- İşlədiyim müddətdə təbii ki, maddi sıxıntım olmurdu. Ona görə olmurdu ki, yüksək maaş alırdım. Ümumiyyətlə, mən maddi olaraq nə əldə etmişəmsə, Azərbaycanın müstəqilliyinə qədər olub. Azərbaycan müstəqil olandan sonra, hərçənd ki, mən o gün üçün çox çalışmışam, bu gün də çox sevinirəm ki, müstəqil dövlətdə yaşayıram. Mən 34 yaşımdan sonra maddiyyatımı sərf etməklə, satmaqla məşğul olmuşam (gülür). Yeganə qazancım müstəqil Azərbaycan olub.

 

- Bəs indi necə, övladlarınıza, nəvənizə istədiyiniz həyatı yaşada bilirsinizmi?

- Bir oğlum, bir qızım, üstəlik bir nəvəm də var. Fidan balamın 5 yaşın qeyd etdik bu günlərdə. Xeyr. Nə özümə, nə də övladlarıma istədiyim, arzuladığım həyatı yaşada bilməmişəm . Onların hərəsinin də öz yolu olub. Oğlum xaricdə yaşayır, qızım ailəlidir. Başqa xüsusi təmtərağımız yoxdur. Ümumiyyətlə, problemlərdən çox danışmaq istəmirəm.

 

- Maraqlıdır, işləmirsiz, hansısa sahədən gəliriniz də yoxdur. Bəs gündəlik tələbatlarınızı necə ödəyirsiniz, ailənizi necə təmin edirsiniz?

- Jurnalistikaya qayıtmışam. Yazıram, hərdən qonorar verirlər. Bir də ki, hərbi xidmət dövründə xəsarət almışam. O xəsarətə görə II qrup əlilliyim var. Çox cüzi təqaüd alıram. Ticarətdən də başım çıxmır, heç bir ticarət işi də görə bilmirəm ki, məşğul olam. Bir də dostlar sağ olsun darda qoymurlar.

 

- Jurnalistlərin ən çox müraciət etdiyi ekspertlərdənsiniz. Mütəmadi olaraq mətbuatda açıqlamalarınız gedir. Gün ərzində telefon zənglərinə cavab vermək, hansısa mözvünu şərh etmək yorucu gəlmir sizə?

- Mən ixtisasca jurnaslit olmasaydım, yorucu gələrdi. Hər bir jurnalistə, təbii ki, söhbət siması olan mətbuatdan, siması olan jurnalistdən, siması olan qəzetdən gedir, açıqlama verirəm. Amma bəzi simasızlardan imtina etmişəm və imtina etməkdə də davam edirəm, mən onları qəbul eləmirəm. Saytın, qəzetin məşhur olub-olmamasından çox, məni, mənə sual verən jurnalistin şəxsiyyəti maraqlandırır. Bu jurnalist öz işini görür, mənə müraciət edirsə, demək mənə hörmət edir. Mənim cavab olaraq ona hörmət etməyim mütləqdir. Əgər o mənə müraciət edibsə, mən də mütləq cavab verməliyəm. Mənim yazımın saytda, qəzetdə çıxması problem deyil. Yəni cəhd edim ki, mütləq mənim yazım getsin, hansısa məsələyə mən də rəy verim və s. Özüm yazanda yazıram. Yenə deyirəm ixtisasca jurnalist olduğumdan irəli gəlir ki, heç vaxt jurnaslitlərin suallarını cavabsız buraxmıram.

 

- Son olaraq 60 yaşlı İlham İsmayılın özünə arzularını eşitmək istərdik.

- Mənim özümə olan arzularım artıq şəxsilikdən çıxıb. Mən nə karyera, nə də varlanmaq haqqında fikirləşirəm. Mən günəşin çıxmağından da, batmağından da, yağışın yağmağından da, küləyin əsməyindən də zövq alan adamam. Bir baxışdan, bir təbəssümdən də ləzzət olmağı bacarıram. Mən az qala özümü planetin canlı, şüurlu varlığı hesab edirəm. Çalışıram ki, 60-dan sonra günəşin doğuşundan, batışından zövq ala bilim. Yerdə qalan məsələlərin hamısı ictimaidir, Vətənimlə, Qarabağımla bağlıdır.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Xəstəxana  xarab, dərman tapılmır, fəhlə aclıqdan xəstələnir” - Rəsulzadənin parlamentdəki üsyanı
19.01.2018, 01:04

“Xəstəxana  xarab, dərman tapılmır, fəhlə aclıqdan xəstələnir” - Rəsulzadənin parlamentdəki üsyanı

ATƏT XİN rəhbərlərinin görüşü barədə bəyanat yaydı
19.01.2018, 00:46

ATƏT XİN rəhbərlərinin görüşü barədə bəyanat yaydı

Paytaxtda avtobus qəzası
19.01.2018, 00:30

Paytaxtda avtobus qəzası

Xanımı ilə birgə vuruşan, təyyarədə partladılan Cümhuriyyət zabitinin faciəvi həyatı
19.01.2018, 00:14

Xanımı ilə birgə vuruşan, təyyarədə partladılan Cümhuriyyət zabitinin faciəvi həyatı

Azərbaycan nefti bu gün də ucuzlaşdı
18.01.2018, 23:54

Azərbaycan nefti bu gün də ucuzlaşdı

Nazir ingiliscə Qarabağdan danışdı
18.01.2018, 23:39

Nazir ingiliscə Qarabağdan danışdı

Sonsuzluq və cinsi zəiflik problemlərinin həllində UNİKAL VASİTƏ
18.01.2018, 23:23

Sonsuzluq və cinsi zəiflik problemlərinin həllində UNİKAL VASİTƏ

Polis özünü Kürdə batırmaq istəyən qadını xilas etdi
18.01.2018, 23:09

Polis özünü Kürdə batırmaq istəyən qadını xilas etdi

Qışda vitamin çatışmazlığına qarşı ÇUĞUNDURDAN İSTİFADƏ EDİN
18.01.2018, 22:55

Qışda vitamin çatışmazlığına qarşı ÇUĞUNDURDAN İSTİFADƏ EDİN

Hacıqabulda ağır qəza
18.01.2018, 22:44

Hacıqabulda ağır qəza

Qatarın üstünə çıxan yeniyetməni "tok" vurdu
18.01.2018, 22:29

Qatarın üstünə çıxan yeniyetməni "tok" vurdu

Azərbaycanda bir ildə 500 min tondan çox ət istehsal olunub
18.01.2018, 22:13

Azərbaycanda bir ildə 500 min tondan çox ət istehsal olunub

Prezident avtobus faciəsi ilə bağlı xüsusi komissiya yaratdı
18.01.2018, 21:57

Prezident avtobus faciəsi ilə bağlı xüsusi komissiya yaratdı

Qarabağ münaqişəsinin həllində yeni İDEYA: Həmsədrlər regona gəlir
18.01.2018, 21:41

Qarabağ münaqişəsinin həllində yeni İDEYA: Həmsədrlər regona gəlir

Sabiq rektora hökm oxundu
18.01.2018, 21:29

Sabiq rektora hökm oxundu

Livan mediası 20 Yanvar faciəsindən yazdı
18.01.2018, 21:14

Livan mediası 20 Yanvar faciəsindən yazdı

Milli Oftalmologiya Mərkəzində aksiya …
18.01.2018, 20:59

Milli Oftalmologiya Mərkəzində aksiya …

Vaxtı keçmiş kreditlərin məbləği 1.8 milyard manatı ötüb
18.01.2018, 20:47

Vaxtı keçmiş kreditlərin məbləği 1.8 milyard manatı ötüb

Ukrayna müharibəyə hazırlaşır - İDDİA
18.01.2018, 20:33

Ukrayna müharibəyə hazırlaşır - İDDİA

Türkiyədə fövqəladə  vəziyyət  rejimi daha 3 ay uzadıldı
18.01.2018, 20:19

Türkiyədə fövqəladə vəziyyət  rejimi daha 3 ay uzadıldı

Elmar Məmmədyarovun Nalbandyanla görüşü yekunlaşdı - YENİLƏNİB
18.01.2018, 20:02

Elmar Məmmədyarovun Nalbandyanla görüşü yekunlaşdı - YENİLƏNİB

“Azərpoçt”un rəhbəri Vergilər Nazirliyində baş direktor oldu
18.01.2018, 19:51

“Azərpoçt”un rəhbəri Vergilər Nazirliyində baş direktor oldu

Qəza Heydər Əliyev prospektində tıxac yaratdı
18.01.2018, 18:55

Qəza Heydər Əliyev prospektində tıxac yaratdı

Avropada qasırğa 4 nəfəri öldürdü
18.01.2018, 18:47

Avropada qasırğa 4 nəfəri öldürdü

Teleradio yayımçılarına 3 milyon manat ayrıldı
18.01.2018, 18:39

Teleradio yayımçılarına 3 milyon manat ayrıldı

Prezident azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı sərəncam verdi
18.01.2018, 18:26

Prezident azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı sərəncam verdi

Teymur Bünyadov “Şərəf” ordeni ilə təltif edilib
18.01.2018, 18:15

Teymur Bünyadov “Şərəf” ordeni ilə təltif edilib

Baş redaktordan TƏKLİF: “Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın”
18.01.2018, 18:04

Baş redaktordan TƏKLİF: “Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın”

Magistraturaya hazırlaşanlara xəbər var
18.01.2018, 18:02

Magistraturaya hazırlaşanlara xəbər var

Fransada 100-dən artıq məhbus qiyam qaldırıb
18.01.2018, 18:01

Fransada 100-dən artıq məhbus qiyam qaldırıb

ABŞ səfiri azərbaycanlı tələbələrin  suallarını cavablandırdı
18.01.2018, 17:57

ABŞ səfiri azərbaycanlı tələbələrin  suallarını cavablandırdı

Ramil Usubov Bakıda polis rəislərinin qarşısına TƏLƏBLƏR qoydu - MÜŞAVİRƏ   
18.01.2018, 17:52

Ramil Usubov Bakıda polis rəislərinin qarşısına TƏLƏBLƏR qoydu - MÜŞAVİRƏ  

Daha bir avtobus sürücüsü işdən qovuldu - VİDEO
18.01.2018, 17:31

Daha bir avtobus sürücüsü işdən qovuldu - VİDEO

Ölkədə neçə km yolun, nə qədər körpünün tikildiyi bəlli oldu - YENİLƏNİB  
18.01.2018, 17:30

Ölkədə neçə km yolun, nə qədər körpünün tikildiyi bəlli oldu - YENİLƏNİB  

Manatın sabahkı MƏZƏNNƏSİ
18.01.2018, 17:27

Manatın sabahkı MƏZƏNNƏSİ

ARXİV
SORĞU
Aylıq məvacibinizi ən çox nəyə xərcləyirsiniz?
- Ərzağa(55.5%)
- Geyimə(3.24%)
- Müalicəyə(5.41%)
- Kommunal xidmət haqlarına(12.6%)
- Təhsilə(2.52%)
- İstirahətə(1.08%)
- Kitaba(1.08%)
- Rüşvətə(4.69%)
- Əyləncəyə(0.72%)
- Digər şeylərə(12.9%)