Modern.az

Saakaşvili tərəfdarları ilə polis arasında qarşıdurma oldu - Yenilənib

Saakaşvili tərəfdarları ilə polis arasında qarşıdurma oldu - Yenilənib

22 Oktyabr 2017, 17:12

Kiyevdə keçirilən aksiya zamanı iştirakçılarla polis arasında qarşıdurma yaşanıb. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, toqquşma Ali Rada binası yaxınlığında baş verib.  Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili tribunada çıxışında bildirib ki, polis səs avadanlığı ilə təchiz olunmuş maşın vasitəsi ilə çıxışçıların səsinin aksiyaçılar tərəfindən eşidilməsinə mane olur.

 

M. Saakaşvili aksiyaçıları maşını götürməyə çağırıb. Polis maşına yaxınlaşan aksiyaçıların qarşısını almağa çalışıb və toqquşma baş verib. Aksiya təşkilatçıları mitinq iştirakçılarına qarşıdurmanı dayandırmağa çağırıb. Bundan sonra toqquşma dayanıb.

 

Qeyd edək ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu “Yeni Qüvvələr Hərəkatı” və digər müxalif partiyaların tərəfdarları oktyabrın 18-dən Ali Radanın qarşısındakı Konstitusiya meydanında aksiya keçirir. Aksiya təşkilatçıları və iştirakçıları parlamentdən deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda Antikorrupsiya Məhkəməsi yaratmağı tələb edirlər.

 

14:37

 

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları Ukrayna Ali Radası qarşısında mitinq keçirir. Modern.az “Report"a istinadən xəbər verir ki, mitinq Bakı vaxtı ilə saat 14:00 başlayıb.

 

Hazırda parlament binasının qarşısında 100-ə yaxın adam toplaşıb. Onlar Ali Radanın qarşısındakı ərazidə çadır düşərgəsi quran aksiyaçılara qoşulub. Bildirilir ki, mitinq iştirakçılarının sayı artır.

 

M.Saakaşvilinin sədri olduğu “Ruxa novix sil” partiyasının nümayəndəsi İvan Slopanıkın sözlərinə görə, mitinq diplomatik korpus nümayəndələrinin marağına səbəb olub. Aksiyada Belçika səfiri da iştirak edəcək. Aksiyada ölkədəki vəziyyət, hərəkət planı və hakimiyyətlə dialoq müzakirə olunacaq.

 

Ərazi hüquq-mühafizə orqanları tərəfindən əhatəyə alınıb. Burada səyyar mətbəx fəaliyyət göstərir.

 

Xatırladaq ki, Hikmət Cavadovun başçılıq etdiyi “Ukraynadakı azərbaycanlıların birləşmiş diaspor”u M. Saakaşviliyə öz dəstəyini bildirib.

 

M. Saakaşvili mitinqə gəlib və çadır düşərgəsindəki etirazçılarla görüşüb. Mitinqdə 300-dək insanın iştirakı gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır