Modern.az

ABŞ-ın sabiq prezidentləri bir arada

ABŞ-ın sabiq prezidentləri bir arada

22 Oktyabr 2017, 15:02

ABŞ-da “İrma”, “Harvi” və “Mariya” qasırğalarının törətdiyi fəsadların aradan qaldırılmasına yardım üçün xeyriyyə konserti təşkil edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, xeyriyyə konsertində ABŞ-ın sabiq prezidentləri də iştirak edib. Texas, Florida, Luiziana, Puerto Riko və Virciniya adalarında fəlakətə məruz qalmış zərərçəkənlərə kömək məqsədilə Texasda bir universitetin ev sahibliyi etdiyi konsertdə Cimmi Karter, Barak Obama, Bil Klinton, ata və oğul Corc Buş 2013-cü ildən sonra ilk dəfə bir araya gəlib.

 

Konsertdə dünya şöhrətli amerikalı müğənni Ledi Qaqa, Alabama qrupu Sam More, Robert Örl Kin, Yolanda Adams və başqaları çıxış edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI