Modern.az

Yaponiyadakı seçkilərdə hakim partiya qalib gəlir

Yaponiyadakı seçkilərdə hakim partiya qalib gəlir

22 Oktyabr 2017, 16:48

Yaponiyada parlamentinin aşağı palatasına bu gün keçirilən seçkilərdə hakim partiya öndədir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, seçkilərdə 1180 namizəd 465 deputat mandatı uğrunda mübarizə aparır. Onlardan 289-u birbaşa səsvermə, 176-sı isə proporsional nümayəndəlik qaydasında seçiləcəklər.

 

Parlamentdə yerlər uğrunda əsas mübarizə hakim koalisiya – Liberal Demokrat Partiyası və Komeyto Partiyası ilə müxalifətdəki Ümid Partiyası və Konstitusion-Demokratik Partiya arasında gedir.

47,7 min seçki məntəqəsi yerli vaxtla səhər saat 7.00-də açılıb və axşam saat 20.00-dək işini davam etdirəcək. Amma “Lan” qasırğasının yaxınlaşması səbəbindən ölkənin cənub və mərkəzi rayonlarında seçki məntəqələrinin əksəriyyəti yerli vaxtla saat 16.00-da bağlanıb.

 

Seçki məntəqələrində exit-poll-un nəticələrinə əsasən hakim koalisiyanın Liberal Demokrat Partiyası və Komeyto Partiyası öndədir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir