20 fevral 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Abimiz harda yanlışımızı gördü ki, bizi “cəzalandırmaq” fikrinə düşdü?
Abimiz harda yanlışımızı gördü ki, bizi “cəzalandırmaq” fikrinə düşdü?
22.10.2017, 18:48

Super güclər oyuncaq  oynatmağı o dərəcədə sevirlər ki, baş aldatmaq onların əlində heç nədir. Nə vaxta qədər Bağdadda kor xəlifə olacaqları da bəlli deyil.

Həftənin hesabatını təqdim edirəm.

 

Siz savaşa, biz tamaşa

 

Seçki ili yaxınlaşdıqca bizim müxalifətin meydançasında ilin-günün bu vaxtı “bülbüllər” oxuyur. Meydana iddialı addımlarla irəliləyən namizədlər, kim bilir, indi nə xəyallar qurublar. Xəyalların bir ucu sanki Avropa sərhədlərində növbə gözləyir. Buna ümid növbəsi deyirlər.

 

Bir tərəfdən də köhnə haqq-hesab yeni təqdimat kimi “fontan vurur”. Nə var nə var 14 il bundan öncə AXCP sədri Əli Kərimli AMİP lideri Etibar Məmmədovu dəstəkləyərək Azərbaycana ən böyük zərbə vurub. Hər halda belə iddialar səsləndirirlər.

 

Üstəlik, Əli Kərimli və Etibar Məmmədovun fotolarını paylaşaraq, onları hakimiyyətlə ittifaqa girməkdə təqsirləndirib. Bunu mən demirəm ha! Müsavat üzvü Kərim Kərimlinin bu statusu tərəfləri üz-üzə qoyub. Azərbaycan Milli istiqlal Partiyası da Etibar Məmmədovu hərtərəfli şəkildə müdafiə edərək deyib ki, onların belə fikir səsləndirmələrinə nə mənəvi haqları, nə də sifətləri çatır. Nəyin çatmadığını demək müşkül məsələdir. Amma hədəfə çatmaq istəyən kimlərsə, mütləq var.

 

Seçki ili yaxınlaşır axı. Gərək partiya üzvləri bir-birlərinin bostanına daş ata. Kimin bostanı zəif olacaqsa, hər kolun dibindən bir etiraz səsi ucalacaq.

 

“Nümunəvi” qardaşlıq, yoxsa...

 

Nə məsələdirsə, biz səsimizi ucaltdıqca qardaş dediyimiz türk abilərimiz  daha böyük səhvlərə yol verir. Birinci hal olsa, “dərd yarıdır” deyib sayğı ilə böyüklüyünə bağışlayarıq. Amma hal təkrarlanarsa, böyük hesab etdiyin abinin bir neçə dəqiqəlik gözünün içinə baxmaq həvəsi keçər könlündən. Görəsən, türk abim harda yanlışımızı gördü ki, məni “cəzalandırmaq” fikrinə düşdü? Bax məqam da budur.

 

Bir ölkənin mətbuatı həm də dünyaya açılan pəncərədir. O pəncərədə sənin ruhsal dünyandan tutmuş məramın da, niyyətin də “gözə girir”. İndi bu “qardaşımızın” bəlli məramı, niyyəti necə gözümüzə girməsin?!

 

Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezeldən söhbət gedir.  “Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakata yönəlik təhqiredici yazı ilə adıçəkilən qəzetdə çıxış edib. Müəllif “Ezik kareoqrafi”  adlı yazısında azarkeşlərimizin A4 formatlı kağıza “Qarabağ” sözü yazmalarını futbol tarixində ən əzik, ən fağır, ən gülməli  görüntü adlandırıb.

 

Maraqlıdır, əzikliyimiz, fağırlığımız nədədir ki, türk abimiz bizi görən kimi qəhqəhə çəkib?! Bəlkə, bu fağır, əzik “smaliklərin” sətiraltı mənasında türk yazarın fərqli niyyəti yer alır?! Bəlkə, atəşkəs dövrünün ən əzik, ən fağır insanları demək istəyib?! Niyə də olmasın?! “Nə mutlu erməniyəm deyənə” ifadəsi uzaq tarixin qılınc yarası deyil. Bir müddət əvvəl Türkiyə kanallarında yayımlanan bu sosial çarxla bağlı da etiraz etmişdik. Bəs sonrası nə oldu?! Üzərindən 3 ay keçir, bizə növbəti “qardaşlıq” nümunəsi göstərir.

Bir italyan, polyak mətbuatı tariximizlə, dövlətimizlə  bağlı kobud ifadələr işlətsə, hardasa, başa düşmək olar. Nə dili dilimizdəndir, nə də dini dinimizdən. Di gəl ki sıx bağlılığımız olan Türkiyədə Qarabağ mövzusuna hər dəfə dırnaqarası baxılır. Və hər səfərində də baş verən hadisənin içində erməni izi axtarmağa başlayırıq.

 

Görünür, ya ermənilərin ürəklərindən tikan çıxartmaq üçün ən əlverişli mühit Türkiyədir, ya da nifrət bəsləyən bəzi türklər ki var,  qrup şəklində bizə qarşı yetişdirilir. Yoxsa, bu boyda nifrətə sahibdirlərsə, niyə qardaşlıq kürsüsündə oturmaq istəsinlər ki?! Amma bunlar bir elementdir, nəticədə biz həqiqətən də bir millətik, qardaşıq. Amma bu qardaşlığa zərbə vurmaq istəyənlər də meydana çıxır. Nə edək, dünyanın yazılmamış qanunlarında bu hallar olur!

 

Digər bir məqam isə “abilər”imizin kobud səhvlərindən dolayı üzr istəmələridir. Biz də bağışlayırıq, yaddan çıxıb gedir. Həm də sivil dövlətlər sivil qaydalarla idarə olunur axı. Görünən odur ki, siçan-pişik oyununda onlar daha zəkidir. Yəni biz sizi saymadığımız üçün təkrar səhvlər edirik. Siz də təvazökarlığınızdan dolayı mərhəmətli olub bizi əfv etməklə fağır duruma düşürsüz. Ona görə də üz istəyib bağışlamağımızla işi bitmiş hesab etməyək. Vergül qoyub yola davam etmək lazımdır.

 

Saakaşvilinin idarəçilik mexanizmi harda qurulacaq orda da...

 

Saakaşvilinin də Ukrayna sevgisi bitmir ki, bitmir. Görünür, bu Mişa Ukraynanı ya məhv edəcək ,ya da ağ günə çıxaracaq. Hələ ki, Kiyev küçələrində meydan sulamaqla məşğuldur.

 

Nədənsə Mişaya kabinet adamı olmaq yaramır. 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsi zamanı rusun top-tüfənginin altında bərkiyən Saakaşvili, bu gün özgə dövlətdə idarəçilik mexanizmi qurmağa hazırlaşır.

 

Yola saldığımız həftə Kiyevin küçələrində mitinq keçirib. Ali Radanın qarşısında keçirilən mitinqdə etirazçılar tərəfindən deputat toxunulmazlığının ləğvi, seçki qanunvericiliyinin dəyişdirilməsi və anti-korrupsiya məhkəməsinin yaradılması tələb edilib. Deyəsən, Mişanın  çılğın davranışları və cəngavər görkəmi öz bəhrəsini vermək üzrədir. Yoxsa Ali Rada deputat toxunulmazlığının ləğvini Konstitusiya Məhkəməsinə təqdim etməzdi. Üstəlik seçki qanunvericiliyini də nəzərdən keçirməyə başlayıb. Belə davam etsə, karyerası dövründə uğurlu fiqur olmağı bacarmayan Poroşenko kreslosunu Mişaya ərmağan edəcək. Hər halda, ukraynalıların Poroşenkonu itirməsi Luqansk və Donetski itirmək qədər önəmli deyil.

 

Həm də baş verənlər onu deməyə əsas verir ki, sanki Ukrayna analıq məzuniyyətindədir. Sanki yeni inqilab dünyaya gətirmək istəyir. Bəs biçarə Poroşenko neyləsin? Rusiyanın sevimlisi olmağı bir türlü bacarmadı. Bu arada, keçmiş baş nazir olan xanım Timoşenko Saakaşvilinin yanında olduğu və onu dəstəklədiyi kimi görünür. Təbii, bu bir görüntüdür. Kim zəmanət verə bilər ki, Timoşenkonun Mişaya yaxınlığının arxasında xəyanət gizlənməyib?! Ehtimallara görə, Poroşenkonu heç zaman sevməyən Kreml, xanım Timoşenoya “möhtərəm rəhbər” gözü ilə baxır. Hər halda, Kremlin sevgisindən Timoşenko xəbərdardır.

 

Belə olan təqdirdə, onun Mişanı dəstəkləməsi heç də səmimi deyil. Amma Mişa da sərhədləri xəritədə dəqiq göstərməyi bacaran siyasətçidir. Dediyim kimi, Mişa rusun gülləsini başının üzərindən keçirib havada oynadan adamdır. O Timoşenkonun saxta yaxınlığını çoxdan “saf-çürük” edib.

 

Necə deyərlər, indiki məqamda  Saakaşvilini Timoşenko maraqlandırmır. Tələblərinin gerçəkləşməsi istiqamətində həm də Rusiya ilə vuruşur. Gözləyək, görək Saakaşvili növbəti həftə nə edəcək?!

 

 


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Erməniləri susduran jurnalistin evi əlindən alınır
20.02.2018, 21:09

Erməniləri susduran jurnalistin evi əlindən alınır

Çexiya şirkəti  Azərbaycanda yük maşını istehsal edəcək
20.02.2018, 20:55

Çexiya şirkəti  Azərbaycanda yük maşını istehsal edəcək

Azərbaycan-Makedoniya oyunu ilə bağlı yenilik
20.02.2018, 20:43

Azərbaycan-Makedoniya oyunu ilə bağlı yenilik

Bu hökumət bütün gənclərə mükafat verəcək
20.02.2018, 20:29

Bu hökumət bütün gənclərə mükafat verəcək

Türkiyə Silahlı Qüvvələri Əsədə bağlı silahlıları Afrindən qovdu - Video
20.02.2018, 20:16

Türkiyə Silahlı Qüvvələri Əsədə bağlı silahlıları Afrindən qovdu - Video

İki rayon qazsız qalacaq
20.02.2018, 20:01

İki rayon qazsız qalacaq

Dəmir yolu sahəsində əməkdaşlıq müzakirə edilib
20.02.2018, 19:53

Dəmir yolu sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Səudiyyə Ərəbistanı razılıq əldə etdi
20.02.2018, 18:51

Azərbaycanla Səudiyyə Ərəbistanı razılıq əldə etdi

Milli Qəhrəmanlara verilən təqaüdlər artırıldı
20.02.2018, 18:45

Milli Qəhrəmanlara verilən təqaüdlər artırıldı

Böyük Vətən Müharibəsi iştirakçılarının təqaüdləri artırıldı
20.02.2018, 18:42

Böyük Vətən Müharibəsi iştirakçılarının təqaüdləri artırıldı

“Azərsu”ya 15 milyon manat ayrıldı
20.02.2018, 18:36

“Azərsu”ya 15 milyon manat ayrıldı

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü: 30 ilin təhlili xronikası
20.02.2018, 18:28

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü: 30 ilin təhlili xronikası

Əfv Komissiyasının iclasında 100-ə yaxın müraciətə baxılıb
20.02.2018, 18:12

Əfv Komissiyasının iclasında 100-ə yaxın müraciətə baxılıb

FHN: “Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü”
20.02.2018, 18:07

FHN: “Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü”

Tehranda polislə dərvişlərin toqquşması - 6 ölü
20.02.2018, 17:49

Tehranda polislə dərvişlərin toqquşması - 6 ölü

XİN-dən Sarkisyana sərt CAVAB
20.02.2018, 17:45

XİN-dən Sarkisyana sərt CAVAB

Ziya Məmmədov: “Mənim heç nəyim yanmayıb”
20.02.2018, 17:44

Ziya Məmmədov: “Mənim heç nəyim yanmayıb”

Putin Afrinə görə Təhlükəsizlik Şurasının iclasını çağırdı
20.02.2018, 17:43

Putin Afrinə görə Təhlükəsizlik Şurasının iclasını çağırdı

İsmayıl Ömərov: “Səhərdən telefonum susmur”
20.02.2018, 17:40

İsmayıl Ömərov: “Səhərdən telefonum susmur”

“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək
20.02.2018, 17:39

“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək

Bakıda 21 miqrant saxlanıldı
20.02.2018, 17:22

Bakıda 21 miqrant saxlanıldı

Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilib - SİYAHI
20.02.2018, 17:19

Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilib - SİYAHI

Manatın sabahkı MƏZƏNNƏSİ
20.02.2018, 17:11

Manatın sabahkı MƏZƏNNƏSİ

Avropa İttifaqının nümayəndəsi məcburi köçkünlərlə görüşdü
20.02.2018, 16:59

Avropa İttifaqının nümayəndəsi məcburi köçkünlərlə görüşdü

Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində DƏYİŞİKLİK
20.02.2018, 16:56

Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində DƏYİŞİKLİK

Ceyhun Hacıbəylinin nəvəsindən iki MƏKTUB
20.02.2018, 16:52

Ceyhun Hacıbəylinin nəvəsindən iki MƏKTUB

Elşən Musayev: “Övladına desin ki, a bala, zalda erməni görən kimi qabağına qaçma”
20.02.2018, 16:35

Elşən Musayev: “Övladına desin ki, a bala, zalda erməni görən kimi qabağına qaçma”

Avtobus aşdı,10 nəfər öldü
20.02.2018, 16:35

Avtobus aşdı,10 nəfər öldü

Sürüşmə zonasının sakinlərinə kirayəpulu verməyə başladılar   
20.02.2018, 16:29

Sürüşmə zonasının sakinlərinə kirayəpulu verməyə başladılar  

Kobra qanı içən xüsusi təyinatlılar - FOTOLAR
20.02.2018, 16:27

Kobra qanı içən xüsusi təyinatlılar - FOTOLAR

ABŞ-dan Kiyevə dəstək: “Rusiyaya qarşı yanınızdayıq”
20.02.2018, 16:24

ABŞ-dan Kiyevə dəstək: “Rusiyaya qarşı yanınızdayıq

Siyasi partiya Azərbaycan hökumətinə hər bir vətəndaşa 100 dollar bağışlamağı TƏKLİF ETDİ
20.02.2018, 16:16

Siyasi partiya Azərbaycan hökumətinə hər bir vətəndaşa 100 dollar bağışlamağı TƏKLİF ETDİ

Bu ölkə öz vətəndaşlarına 300 dollar verəcək
20.02.2018, 15:58

Bu ölkə öz vətəndaşlarına 300 dollar verəcək

Arif Əsgərovun oğlu məhkəməyə çağırılıb
20.02.2018, 15:57

Arif Əsgərovun oğlu məhkəməyə çağırılıb

Elmar Məmmədyarov səlahiyyət müddəti başa çatan Misir səfirini qəbul edib
20.02.2018, 15:54

Elmar Məmmədyarov səlahiyyət müddəti başa çatan Misir səfirini qəbul edib

ARXİV