Modern.az

“Lan” qasırğası Yaponiyada dağıntılar törətdi: 1 ölü

“Lan” qasırğası Yaponiyada dağıntılar törətdi: 1 ölü

22 Oktyabr 2017, 20:19

“Lan” qasırğası Yaponiya sahillərinə çatıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qasırğa dağıntı və tələfata yol açıb. Hazırda “Lan” saatda 45 km sürətlə Xonsyu adasının cənubuna doğru hərəkət edir. Qasırğanın mərkəzində küləyin sürəti saatda 162 km-ə çatır. Artıq Fukuoka şəhərində bir nəfər öldüyü barədə məlumat var. Regionlarda 5,6 min ailənin məcburi evakuasiya ediləcəyi elan edilib. 376 ailəyə isə evlərini tərk edərək daha təhlükəsiz rayonlara getmək tövsiyə olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir