Modern.az

CHP və HDP-li deputatlar Ermənistanın müstəqillik bayramında...   

CHP və HDP-li deputatlar Ermənistanın müstəqillik bayramında...    

22 Oktyabr 2017, 21:39

Uzun illərdən sonra Türkiyədə ilk dəfə Ermənstanın müstəqilliyinin 26-cı ildönümü qeyd edilib. Modern.az-ın məumatına görə, tədbiri Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı nəzdində Ermənistanın daimi təmsilçisi Arsen Avakyan təşkil edib.


İstanbulun Beşiktaş səmtində yerləşən Fulya sənət mərkəzindəki tədbirdə həm Türkiyədən, həm də Ermənistandan xeyli sayda dəvətlilər olub.  


Tədbirdə CHP millət vəkili, erməni əsilli Selina Doğan və HDP millət vəkili erməni əsilli Garo Paylan da iştirak edib. Müstəqllik  gecəsinə Rusiya, Belarus, İran və Almanyanın İstanbuldakı diplomatik təmsilçiləri də qatılıb. 


Ermənistanın daimi təmsilçisi Arsen Avakyan çıxışında 1919-cu ildən bu yana ilk dəfə Türkiyədə ölkəsinin müstəqillik bayramının qeyd edildiyini deyib. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi