Modern.az

"Bəzi futbolçular çempionata tam köklənə bilmir" - Qurban Qurbanov

Aktual

22 Oktyabr 2017, 21:52

“Qəbələ”ni qələbə münasibəti ilə təbrik edirəm. Xeyli sayda qol epizodu görsək də, cəmi bir qol oldu. Oyunçularımın hamısından razı qaldım. Xeyli rotasiyalara əl atsaq da, hər kəs tapşırıqlarımı yerinə yetirdi. Komandada bir qədər yorğunluq olsa da, növbəti görüşlərə hazır olmalıyıq". Modern.az xəbər verir ki, bunu “Qəbələ” ilə oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib.

Baş məşqçi bildirib ki, komandasının “Atletiko”ya qarşı keçirdiyi oyun bugünkü qarşılaşmaya da təsir edib: "Bəzi oyunçuları start heyətində buraxmamağımız da bununla əlaqədar idi. Bu cür matçlardan sonra bəzi futbolçular çempionata tam köklənə bilmir. Bəzi səhvlər psixoloji və fiziki yorğunluğumuzun göstəricisi idi".

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür