Modern.az

Qızıl kimi ömrünüzü QIZIL SUYU İLƏ UZADIN...

Qızıl kimi ömrünüzü QIZIL SUYU İLƏ UZADIN...

Mədəni̇yyət

22 Oktyabr 2017, 22:06

Qızıl suyundan hələ eramızdan əvvəl Hindistanda Ayurveda təbabətində geniş istifadə olunub. Sonralar qızıl suyu ilə müalicə elə bu günə qədər də Avropada da böyük populyarlıq qazanıb. 

Modern.az saytı sağlamlıqla bağlı növbəti yazıda qızıl suyunun faydaları haqqında yazını təqdim edir.

Orta əsrlərdə ağır infeksion xəstəlikləri, siflis və vərəm xəstəliklərini qızıl suyu ilə müalicə ediblər.

 

Qızıl suyu bir çox xəstəliklərin profilaktikasında və müalicəsində istifadə olunur. O cümlədən aşağıda göstərilən problemlərin həllində bu möcüzəvi su öz bəhrəsini verir:

Ürək xəstəlikləri;

 

Radikulit;

 

Osteoxondroz;

 

Tənəffüs xəstəlikləri;

 

Mədə-bağırsaq xəstəlikləri;

 

Dəmir defisitli anemiya;

 

Qıcolmalar;

 

Əzələ ağrıları;

 

Ruh düşkünlüyü;

 

Epilepsiya;

 

Sonsuzluq;

 

Qaraciyər xəstəlikləri;

 

Cinsi zəiflik;

 

Bunlarla yanaşı qızıl suyu orqanizmin immun sistemini gücləndirir, sinir sisteminə müsbət təsir göstərir, yaddaşı yaxşılaşdırır, zehni fəaliyyəti daha məhsuldar edir.

Qızıl suyunun faydalarından tam bəhrələnmək üçün onun hazırlanma qaydalarına düzgün riayət edilməlidir. Bu suyu hazırlamaq çox sadə olsa da hazırlanma prosesinə xüsusi diqqət yetirilməlidir.

 

Qızıl suyunu hazırlamaq üçün 5 qram qızıl lazımdır. Üzərində heç bir daş-qaş olmamalıdır. Qızılın əyarı nə qədər yüksək olsa bir o qədər yaxşıdır. Məlum olduğu kimi ziynət əşyası kimi satılan qızıllara müxtəlif metallar qatılır. Buna görə, qızıl suyunu hazırlamazdan əvvəl nəzərdə tutduğunuz qızılı bir neçə saat essensiyada saxlayın. Sonra yuyub 200 qram suyun içərisinə atın və qaynadın. Su yarıya çatana qədər qaynamalıdır. Bununla da qızıl suyu hazırdır. Hər gün 3 dəfə 1 xörək qaşığı 10 gün müddətində qəbul edilməlidir. İldə iki dəfə kursu təkrar etməklə qızıl suyunun faydalarından daha çox yararlanmaq olar.

Qızıl suyundan kosmetik vasitə kimi də istifadə edilir. O bütün dərilər üçün münasibdir. Əgər qızıl suyu quru dəriyə çəkilərsə, dəri nəmlənər, əgər yağlı dəri üçün istifadə edilərsə, dəri öz normal vəziyyətinə düşər.

Qızıl suyundan istifadə etməzdən əvvəl qızıla qarşı allergiyanızın olub-olmamasını mütləq nəzərə alın.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!