Modern.az

ABŞ-ın hip-hop qrupu Azərbaycanda pulsuz konsertlər verəcək

ABŞ-ın hip-hop qrupu Azərbaycanda pulsuz konsertlər verəcək

22 Oktyabr 2017, 22:29

ABŞ-ın Azərbaycandakı səfirliyi “Next Level” Hip-Hop Akademiyasını Azərbaycana gətirib.

 

Modern.az-ın məlumatına görə, “Next Level” ABŞ Dövlət Departamenti, Çapel Hildə yerləşən Şimali Karolina Universiteti və Meredian Beynəlxalq Mərkəzinin birgə təşəbbüsüdür.

 

Məqsəd hip-hop vasitəsi ilə mədəniyyətlərarası yaradıcı mübadiləni gücləndirməkdir. 5 nəfərlik hip-hop sənətkar-təlimçidən ibarət yerli təşkilat, rəqqas və musiqiçilərlə əməkdaşlıq edir. Onlar seminar, məruzə-nümayiş, ustad dərsləri, habelə canlı formal və qeyri-formal ifalar edirlər.

 

Bütün fəaliyyətlər bilik, dəyər, perspektivlərin mübadiləsini və yerli əhali ilə amerikalı sənətkarlar arasında hörməti təşviq etmək məqsədi daşıyır. Hər gün bir neçə saat davam edən seminarlar, musiqi və sahibkarlıq bacarıqlarının inkişafını vurğulayır. Və münaqişələrin qarşısının alınması strategiyalarını təşviq edir.

 

“Next Level” qrupunun bütün konsertləri ödənişsizdir və ictimaiyyət üçün açıqdır.

 

ABŞ səfirliyi və Amerika və Azərbaycan hip-hop ifaçılarının birgə canlı çıxışları ilə maraqlanan hər bir kəsi 27 oktyabr axşam 18:30-da Rəşid Behbudov adına Mahnı Teatrına və 28 oktyabr saat 16:00-da Mingəçevir Dövlət Dram Teatrına dəvət edir.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır