Modern.az

Polad Bülbüloğlu mükafatlandırılıb

Polad Bülbüloğlu mükafatlandırılıb

Aktual

22 Oktyabr 2017, 23:36

“Rus İfaçılıq Sənəti” Fondu Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlunu mükafatlandırıb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, Polad Bülbüloğluna fondun yaranmasının 25 illiyinə həsr olunan medalı “Rus İfaçılıq Sənəti” Fondunun prezidenti Valeri Vorona təqdim edib.

 

O, görkəmli sənətkarın Rusiya və dünya mədəniyyətinə verdiyi töhfələrdən söz açaraq, musiqi üçün gördüyü işlərdən danışıb:

 

"Azərbaycan səfiri musiqi sənəti üçün olduqca böyük işlər görüb"

 

Polad Bülbüloğlu təşkilat rəhbərinə haqqında deyilən xoş sözlərə görə təşəkkür edib:

 

"Mən bu mükafata görə sizlərə dərin təşəkkürümü bildirirəm və buradakı heyətə yaradıcılığında uğurlar arzu edirəm".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir