Modern.az

Millət vəkilimizə qardaş ölkədən TƏŞƏKKÜRLƏR

Millət vəkilimizə qardaş ölkədən TƏŞƏKKÜRLƏR

23 Oktyabr 2017, 10:17

Millət vəkili, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü dr. Cavanşir Feyziyevə qardaş ölkənin iki bələdiyyəsi tərəfindən təşəkkür bəlgəsi göndərilib.

Modern.az xəbər verir ki, Fəthiyyə Bələdiyyəsi və Sarıqamış Bələdiyyəsi başqanlarının imzaladığı bəlgələrdə, Sarıqamışda doğulmuş, Fəthiyyədə yaşayan Şəki kökənli şair-publisist Coşğun Qarabuludun Bakıda kitabının çıxmasına göstərdiyi maddi və mənəvi dəstəyə görə millət vəkilimizə təşəkkür edilir.

Qeyd edək ki, Coşğun Qarabulud bugünlərdə Cavanşir Feyziyevin dəvəti ilə Azərbaycanda səfərdə olub, dədələrinin yurdu Şəkidə, habelə, Mingəçevir, Sumqayıt və Bakıda maraqlı görüşlər keçirib.

Onu da əlavə edək ki, bundan bir qədər öncə Türkiyənin nüfuzlu EkoAVRASYA qurumu da millət vəkilini təltif etmişdi.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı