Modern.az

Qərb Universitetində tanınmış ekspertlə görüş keçirildi

Qərb Universitetində tanınmış ekspertlə görüş keçirildi

Aktual

23 Oktyabr 2017, 10:28

Qərb Universitetində beynəlxalq münaqişələr üzrə tanınmış ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qutun universitetin professor-müəllim heyəti və tələbələri ilə görüşü keçirilib.

Görüşdə Azərbaycan-İsrail münasibətləri tarixi və müasir aspektdə nəzərdən keçirilib.

 

Qonaq iki ölkənin xalqları arasında tarixi əlaqələrdən danışıb, yəhudilərin əsrlər boyunca Azərbaycanda rahat şəkildə yaşadığını xatırladıb, Azərbaycanın multikultural dəyərlərinin bütün dünya üçün nümunə olduğunu deyib. 

 

Bu gün Azərbaycan və İsrail dövlətləri arasında əlaqələrin möhkəmləndiyini və strateji əhəmiyyət kəsb etdiyini vurğulayan A.Qut ölkəmizin Cənubi Qafqazdakı mühüm mövqeyi, regionda sülh və təhlükəsizliyin, iqtisadi inkişafın əsas təminatçısı kimi çıxış etdiyini qeyd edib.

 

Qonaq müəllim və tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb, müxtəlif istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

 

Məlumat üçün bildirək ki, Arye Qut Qərb Universitetinin 1997-ci il məzunudur və o, universitetdə yenicə yaradılmış Tətbiqi Politologiya Mərkəzinin nəzdindəki Multikulturalizm Laboratoriyasına rəhbərlik edəcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir