Modern.az

Muğam müsabiqəsinin qalibləri bəlli oldu (SİYAHI)

Muğam müsabiqəsinin qalibləri bəlli oldu (SİYAHI)

10 İyun 2011, 23:10

AzTV-də və “Mədəniyyət” kanalında canlı yayımlanan “Muğam televiziya müsabiqəsi 2011” nəhayət başa çatdı.
Modern.az-ın məlumatına görə, fevralın 14-dən start götürən muğam yarışması iyunun 10-da keçirilən final gecəsindən sona yekunlaşıb. Azərbaycan Akademik Milli Dram Teatrında keçirilən finalda 6 nəfər ifaçı yarışıb.

Səbinə Ərəbli;
Kamilə Nəbiyeva;
Nigar Şabanova;
Mirələm Mirələmov;
Məmməd Nəcəfov;
Ariz Hüseynov.

4 ay davam edən “Muğam müsabiqəsi–2011”in final gecəsində münsiflər heyətinin yekdil qərarı ilə Mirələm Mirələmov və Səbinə Ərəbli birinci yerə layiq görülüblər.  Məmməd Nəcəfov, Kamilə Nəbiyeva ikinci, Ariz Hüseynov və Nigar Şabanova üçüncü yeri tutublar.  

 “Muğam televiziya müsabiqəsi 2011” Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilirdi.
Xatırladaq ki, “Muğam televiziya müsabiqəsi 2011”də 20 iştirakçı çıxış edirdi.





Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı