Modern.az

Yusif Vəzir Çəmənzəminli, “İki od arasında” - Erməni xisləti, erməni məkri - III YAZI  

Yusif Vəzir Çəmənzəminli, “İki od arasında” - Erməni xisləti, erməni məkri - III YAZI   

Ədəbi̇yyat

23 Oktyabr 2017, 10:58

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor


Ermənilərin “xristianlıq mərhəməti”ndən istifadə etmələri...

        
Yusif Vəzir Çəmənzəminli əsərində bəzi ermənilərin, xüsusilə Ohan keşişin çarların “xristianlıq mərhəmətinə” inanmamasından da bəhs edir. Bu da Yusif Vəzir Çəmənzəminlinin nə qədər həqiqət tərəfdarı olduğunu, ağı qaradan seçmək bacarığını, məsələləri düzgün anladığını, hadisələrə düzgün qiymət verdiyini təsdiq edir. O qeyd edir ki, Ohan keşiş erməni sığnaqlarını gəzir, nəsihətlər edir və erməni xalqını məliklərin fitnəsindən saqındırırdı. Hətta bu barədə Molla Pənah Vaqifin yanına məsləhətə gəldiyini də oxucuya çatdırır. Odur ki, əsərdəki Ohan keşişin ciddi və bir az da həyəcanlı səslə Molla Pənah Vaqifə söylədiklərini, onların arasındakı söhbəti xatırlamaq yerinə düşür:

         “– Axund, – dedi, – sənin yanına məsləhətə gəldim, yenə bizim bu məliklər sarsaq bir iş başlayıb, Allah axırını xeyr eləsin...

         Vaqif maraqla parlayan gözlərini Ohana dikib, diqqətlə dinləməyə başladı.

         Ohan sözünə davam edirdi:

–     Urus padşahına bir ərizə yazıblar ki, xan bizi belə eləyir, elə eləyir. Qol çəkib göndəriblər.

Vaqif acılıq ifadə edən bir səslə:

– Urusdan nə istəyirlər? – deyə soruşdu.

– Nə istəyəcəklər, istəyirlər ki, urus bura gəlib, bir erməni padşahlığını qursun. Mən, axund, bir şeydən qorxuram: urus yenə öyrədəcək ki, müsəlmanları qırın, gəlirəm...

– Ohan susdu, həyəcanından danışa bilmirdi.

–     Axırda bu yazıq camaat qırılacaq. Vartapet Minasın qəbri odnan dolsun!”

Molla Pənah Vaqifin tədbirli, uzaqgörən, sədaqətli diplomat olduğunu təsdiq edən faktlardan biri də onun Ohan keşişə verdiyi məsləhətdir:

“ – Məsələni xana açmaq lazımdır! – dedi. – Camaat qırılınca qoy beş məlik, beş də tüğyan etmiş keşiş ölsün. Bu məsləhətdir! – Dedi və Ohanı qətiyyətlə süzdü.

Həmən durub, xanın yanına getdilər. Xan məsələni bilib, çox hiddətləndi. Sığnaqlara qoşun göndərib, asıb, kəsmək əmri vermək istədi. Vaqif özünəməxsus qılıqla xanı sakit etdi. Ohandan məsələni təfsilatı ilə öyrənib, onu buraxdılar, sonra otaqda baş-başa verib məsləhətləşməyə başladılar”. Məsləhətləşmədən sonra yenə də Molla Pənah Vaqifin uzaqgörənliyi, məsuliyyəti, diplomat qabiliyyəti aydın şəkildə görünür. O, xana inandırıcı bir səslə deyir:

“ – Erməniləri qırsaq, urusun əlinə bəhanə düşər, gəlib səni taxtdan salar, buraları da ermənilərə verər. Məsləhətlə iş görmək lazımdır. Onlar yazır, biz də yazaq, nə ki var bildirək. Görsün ki, haqq da, zor da bizim tərəfdədir. Urusun məqsədi İranın qabağına bir qüvvət çıxarmaqdır. Səni də Fətəli xan kimi ələ almaq istər... Urus bilmir ki, bir ovuc ermənidən kar çıxmaz? Erməni məliklərini və keşişlərini birə kimi canımıza salıb, bizi zara gətirir ki, öz tərəfinə çəksin... Mənim məsləhətim belədir: bir yaxşı kağız yazım, sənin xan övladı olub, iyirmi ildən bəri Qarabağ torpağında hökm sürdüyünü, nüfuzunu, gücünü bildirim, özü də... – Vaqif bir az duruxdu, sonra davam etdi: – Urus himayəsinə girməyə və bac da verməyə amadə olduğunu deyim. Bu kağız sabah hazır olar. Musa Soltana verərik aparıb, urus yaranalına verər, dil-cavabı nə lazımsa deyib qayıdar. Vəssalam. Musa Soltan Vüqarlı və qılıqlı bir adamdır, bu işi bacarar. Urusu erməni fitnəsindən uzaqlaşdırıb, işimizi görərik.

Xan Vaqifin təklifinə razı oldu.

–        Otur yaz! – dedi və Musa Soltanın da namizədliyini qəbul etdi.

Vaqif xanın tamamilə sakit olduğunu görüb:

– Xan, – dedi – erməni sarsaqlarına da bir balaca qulaqburması lazımdır– məlik Abonu tutdur, zindana saldır. İşlərbaşı odur. Ayrı tənbeh lazım deyil!

Vaqif saraydakı rəsmi otağına çəkilib, Yekaterinaya məktub yazmağa başladı. Bu o məktub idi ki, Peterburq sarayının Qarabağa qarşı tərtib etdiyi planı tamamilə dəyişdi. Ermənilərin 1783 ilin mart ayında Peterburqa çatmış ərizəsinin üstünə knyaz Potyomkin-Tavriçeski: “İbrahim xanı taxtdan salıb, Qarabağda erməni əyaləti düzəltməli”, – deyə yazmışdı. Vaqif yazan məktub eyni ilin aprel ayında Peterburqa yetişib, Potyomkini əvvəlki qərarından daşındırdı: “İbrahim xanın bizə qarşı bəslədiyi sədaqət rus çariçası üçün ən gözəl bir bacdır”, – deyə Qarabağ hökmdarına sifariş elədi”. Göründüyü kimi, Molla Pənah Vaqifin məktubu rus çariçasının xana olan münasibətini dəyişir və Potyomkini İbrahim xanı taxtdan salmaq, Qarabağda erməni əyaləti düzəltmək qərarından daşındırır.



Erməni keşişinin əməlləri...


“İki od arasında” əsərində Rusiya ermənilərinin baş keşişinin də içüzü açılır. Onun da nəyin bahasına olursa, bir ovuc ermənini müsəlmanların üstünə qaldırmaq istəyində olması yenə də erməni xislətindən xəbər verir. Bu barədə Şirvan xanı Mustafa xan Qarabağ vəkili Mirzə Əliməmmədə deyir: “ – Məsələ bizim zənn elədiyimiz kimi çıxmadı: burada açıqdan-açığa nəsəra və müsəlmanlıq düşmənçiliyi görünür. Qızılayaq (Zubovun bir ayağı qayırma olduğu üçün ona camaat arasında “Qızılayaq” deyilmişdir – B.X.) Dərbənddən çıxandan sonra erməni mahrasası Yusif ora gəlib çıxır. Bilirsən, bu bütün Rusiya ermənilərinin baş keşişidir. Uruslar bura ermənilərini əldə saxlamaq üçün ona çox hörmət edirlər. Mahrasa Yusif başlayır Dərbənddəki bir ovuc ermənini müsəlmanların üstünə qalxızmağa. Ortaya yenə biabırçılıq düşür. Müsəlmanlar yaranal Savelyevə şikayətə gedir, Dərbənd naibi Xıdır bəy naiblikdən çıxmaq istəyir. Qızılayaq görür ki, müsəlmanlar tüğyan edəcək, urus qoşununun işi xarab olacaq, Yusifi yanına çağırıb, məzəmmət eləyir, Xıdır bəyə də tapşırır ki, naibliyində otursun... Görürsən, hələ məscid tikilmədən kor hasasını dayayıb!” Yusif Vəzir Çəmənzəminli ermənilərin məsələlərə münasibətini elə dəqiqliklə verir ki, bütün zamanlar özünü göstərən erməni xislətini anlamamaq olmur. Həm də Yusif Vəzir Çəmənzəminlinin erməniləri yaxından tanıması, onların əməllərinə bələd olması, nə işlə məşğul olmaları və s. barədə nə qədər məlumatlı olduğunu qəbul etməmək mümkün deyildir.


Ermənilər hər bir şeydən öz mənfəətləri üçün istifadə edirlər...


Ermənilər hər bir işdən öz mənfəətləri üçün istifadə etməyi bacarır, hər bir işdə öz xeyirlərini axtarırlar. Bu hal erməni xisləti kimi Yusif  Vəzir Çəmənzəminlinin diqqətindən yayınmır. O, “Xarici siyasətimiz” məqaləsində yazır: “Avropa şəhərlərindən birində bir erməninin bir çoçuğa güllə atdığını qəzetədə oxumuşdum. Ermənidən cinayətin səbəbini soruşduqda demişdi: “Bu cinayət ilə erməni çoçuqlarının halından sizi xəbərdar eləyirəm, onları Osmanlıda qırırlar”. İştə əfkari-ümumiyyə cəlbi üçün qəribə hərəkət. Lakin bu adətdən kənar bir işdir. Amma bununla da istifadə edirlər”. Bəli, ermənilər istifadə edirlər. Hətta səslərini elə çıxarırlar ki, az qala hər kəsin onlara yazığı gəlir. Lazım gələndə bağırır, lazım gələndə yazır, lazım gələndə isə səs-küy salırlar. Y.V.Çəmənzəminli “Xarici siyasətimiz” məqaləsində yazır: “Hankı millət yaşamaq istərsə, öz dərdini söyləməlidir, səsini çıxarmalıdır. Səsini çıxarmağı bilməyən və bağırmaq bacarmayan millət həmişə əzilər. Səs vasitəsi də qəzetələr və məcmuələrdir. Qonşularımızdan bağırmağı ilə məşhur ermənidir. Bu millət dərdini və tələbini bildirməkdə böyük istedad sahibidir. Rusiyada bir qəzetə yoxdur ki, erməni məsələsini yazmasın. Bundan başqa, özlərinəməxsus bir çox qəzetə və məcmuələri var. Müharibə əsnasında Moskvada rus dilində “Armyanski vestnik” məcmuəsi verilirdi.


Bu məcmuə başdan-başa erməniliyi təqdir və tərvic etməklə məşğul idi. Məcmuənin fikri ermənini ən mədəni bir millət şəklində Avropaya tanıtmaq idi. Odessada dəxi eyni fikirdə bir qəzetə çıxırdı. Bu gün İstanbulda fransızca qəzetələri var. Tələblərini Avropanın qulağına söyləməkdən çəkinmirlər”. Aydın olur ki, ermənilər dövri mətbuatın imkanlarından məharətlə istifadə edir, qəzetlər çap etdirir, müxtəlif dillərdə nəşr olunan qəzetlər vasitəsilə hay-həşir salmaq yolu ilə gündəmdə olur, çoxlu sayda kitablar çap etdirirlər. Ermənilərin bu missiyası indi də davam edir. Onların xislətindəki bu məsələlər barədə Y.V.Çəmənzəminli “Xarici siyasətimiz” məqaləsində yazır: “Bir çox məhkum millətlərlə yavuqdan tanış oldum. Çalışmalarını gördüm. Onlarda da eyni hal – əfkari-ümumiyyəni cəlb etməyə böyük əhəmiyyət verirlər. Öz tarixlərini, ədəbiyyatlarını, başqa mədəni məhsullarını Avropanın gözünə soxmağa çalışırlar. Bu gün Paris konfransının nəzərini cəlb etmək üçün hədsiz-hesabsız kitablar çap olunur, qəzetlər nəşr olunur; hər kəs dərdini, tələbini uca səslə bildirir. Eşitdiyimə görə, ermənilər bu il milli məsələlərinə dair doqquz yüz əsər təb etdirmişlər”. Y.V.Çəmənzəminli daha sonra yunanların Bəyağlunda, Qalatada küçələri zibilli saxlamalarının səbəbini açıqlayır. Qeyd edir ki, yunanlar bununla da avropalılara türkün “idarəsizliyini” göstərmək istəyirlər. O davam edərək yazır: “Bir neçə erməni uşağı cırıq-cındır libasda şəhəri dolanmışlar. Məqsəd erməni qaçqınlarının halını bəyan etmək imiş...” Ancaq özgələrinin, o cümlədən ermənilərin məqsədli şəkildə gördükləri işlərin müqabilində müsəlman aləmində çox az çalışırlar. Nəticədə dərdlərimiz, problemlərimiz dünyaya az bəyan olur. Y.V.Çəmənzəminli “Xarici siyasətimiz” məqaləsində qeyd edir: “Bizim müsəlman aləmində əfkari-ümumiyyənin rəğbətini qazanmaq üçün az çalışırlar. Onun üçün də dərdlərimiz kimsəyə bəlli olmur və bizlə maraqlanan az olur. Son səyahətim zamanında bir çox Avropa siyasiyunu ilə görüşdükdə, təəssüf ki, əcib hallar gördüm. Bizim Azərbaycanın nerədə olduğunu çoxları bilmirmişlər. Siyasi adamlar məmləkətimizdən xəbərsiz olduqda, yəqin adi adamların heç də xəbəri yoxdur. Böylə olduqda biz ermənilərdən də çox çalışmalıyıq ki, özümüzü tanıdaq. Bu yolda birinci addımları səfirlərlə konsullarımız atmalıdırlar. Gürcü konsulxanalarında bir mətbuat şöbəsi var. Bunun vasitəsilə məhəlli qəzetələrə Gürcüstüna dair məlumat verilir. Biz də eynini düzəltməliyik. Tariximizi, məmləkətdə sayımızı və iqtisadi qüvvəmizi aləmə bildirməliyik”. Qəzet və kitab çapı vacib olsa da, müsəlmanların bu işə biganəliyi olmuşdur.

Ermənilər millətin (yəni özlərinin) işini unutmur, bu yolda pul qoymağa, var-dövlət xərcləməyə özlərini hazır bilirlər. Bu hazırlıq onlara imkan yaradır ki, haqsız, ədalətsiz və məkirli işlərini də həyata keçirə bilsinlər. Tarix boyu belə olub, indi də belədir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?