Modern.az

Azərbaycan xarici dövlətlərə 68 milyon manat kredit verəcək  

Azərbaycan xarici dövlətlərə 68 milyon manat kredit verəcək   

23 Oktyabr 2017, 11:28

2018-ci ildə xarici dövlətlərə veriləcək kreditlərin həcmi  68,5 milyon manat nəzərdə tutulur. Bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 17,7 milyon manat və ya 34,9 faiz çoxdur.

Modern.az-ın məlumatına görə, bu, “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

2018-ci ilin büdcə layihəsində daha sonra bildirilib:

- dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə təkrar müqavilələr və kreditlərin istifadəsi ilə əlaqədar bağlanan müqavilələr üzrə daxilolmalar 2,6 milyon manat proqnozlaşdıılır ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 0,4 milyon manat və ya 18,5 faiz çoxdur;

- səhmlərində dövlət payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar 3,2 milyon manat nəzərdə tutulur;

- cərimələrdən daxilolmalar 12,5 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 1,5  milyon manat və ya 13,6 faiz çoxdur;

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi