Modern.az

Bakıda 8-9 ballıq zəlzələnin gözlənildiyi xəbərinə aydınlıq gətirildi

Bakıda 8-9 ballıq zəlzələnin gözlənildiyi xəbərinə aydınlıq gətirildi

23 Oktyabr 2017, 11:56

Bakı ərazisinin, ümumilikdə Azərbaycanın seysmik baxımdan fon səviyyəsi 8, bəzi zonalar isə 9 ballıqdır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli Bakıda 8-9 ballıq zəlzələnin gözləniləcəyi barədə yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, RSXM əməkdaşının Bakının seysmoloji vəziyyəti ilə bağlı verdiyi açıqlama düzgün başa düşülməyib:

“Mərkəzin əməkdaşının Bakının fon səviyyəsi barədə söylədiyi fikirlər çox yanlış başa düşülüb. Mərkəzin əməkdaşı Bakıda 8-9 ballıq zəlzələnin gözlənildiyini deməyib. O, Bakının 8-9 ballıq zəlzələ zonası olduğunu deyib, yəni burada 8-9 ballıq zəlzələ ola bilər. Bu, 100, 500, 50 il ərzində bir dəfə ola bilər. Ona görə də insanları təşvişə salmaq lazım deyil. Bakı ərazisinin, ümumilikdə Azərbaycanın seysmik baxımdan fon səviyyəsi 8, bəzi zonalar üzrə isə 9 ballıqdır. Bu, yaxın günlərdə 8-9 bal gücündə zəlzələnin olacağı mənasını vermir".

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər