Modern.az

Uşaqlar üçün robot-pişik hazırlanıb

Uşaqlar üçün robot-pişik hazırlanıb

23 Oktyabr 2017, 16:12

Rusiyanın Soçi şəhərində keçirilən XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalında gənc auditoriyanı maraqlandırmaq, proqramlaşdırma və robot texnikasına marağı cəlb etmək məqsədilə uşaqları öyrətmək bacarığı olan robot-pişik təqdim edilib.

 

AZƏRTAC “Hi-News” resursuna istinadən xəbər verir ki, robot gənc istifadəçi tərəfindən proqramlaşdırılan çoxsaylı sensorlarla təchiz olunub. Yeni qurğu səs ötürücülərinə, eləcə də robotun ayrı-ayrı hissələrinin hərəkətini təmin edən çoxlu mexaniki elementlərə malikdir.

 

Məlumata görə, robota komandaları hazırkı mövcud proqramlaşdırma dilləri və ya proqramlaşdırma haqqında məlumatı olmayanlar üçün işi sadələşdirən xüsusi proqram vasitəsilə vermək mümkündür.

 

Layihə müəllifi Maksim Mosalskinin sözlərinə görə, robot uşaqlar üçün informatika, riyaziyyat, musiqi və biologiya kimi fənlərin öyrənilməsində yardım məqsədilə yaradılan ilk Belarus texnologiyasıdır.

 

“8-14 yaşlı uşaqlar üçün nəzərdə tutulan qurğuda işi təmin edən çoxlu sensorlar quraşdırılıb. Biz Belarus müəllimləri ilə birlikdə robotun təhsil müəssisələrində tətbiqi üçün tam kursun hazırlanması ilə məşğuluq”, - deyə layihə müəllifi bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir