Modern.az

Deputatın tərtibçiliyi ilə Zəhra haqqında kitab çıxdı - FOTO

Deputatın tərtibçiliyi ilə Zəhra haqqında kitab çıxdı - FOTO

Aktual

23 Oktyabr 2017, 16:33

Deputat Aydın Mirzəzadənin tərtibçiliyi ilə  "Ermənistanın Azərbaycan hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi" adlı kitab nəşrdən çıxıb.

 

Modern.az-ın məlumatına görə, kitabın məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmələri doktoru, professor Əli Həsənovdur.

 

Kitab 4 iyul 2017-ci ildə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alıxanlı kəndinə məqsədli hücumu nəticəində qətlə yetirilmiş yaşyarımlıq Zəhra Quliyevanı və onun nənəsi Sahibə Allahverdiyevaya həsr edilib.

 

Kitabda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etməsi nəticəsində yaramış ağır vəziyyəti xarakterizə edən faciəvi bir insindentə dünya və Azərbaycan ictimaiyyətinin münasibəti göstərilib.

 

Kitabda ancaq rəsmi materiallar əsasında hadisəyə həm Azərbaycan, həm Ermənistan rəsmi hakimiyyət orqanlarının münasibəti, beynəlxalq təşkilatların və xarici ölkə rəsmilərinin reaksiyası verilib. Xaricdəki azərbaycan diaspor təşkilatlarının geniş etiraz aksiyaları barədə də materiallar öz əksini tapıbdır.

 

Erməni nümayəndələrinin fərqli münasibətləri də kitabın tərkib hissədir.

 

Kitabda rəsmi materiallara istinad edilərək Ermənistan-Azərbaycan Dağlıq Qarabaş münaqiçəsinin tarixi, Ermənistan silahlıq qüvvələrinin münaqişə dövründə uşaqlara qarşı törətdikləri vəhşiliklər barədə də materillar var.

On bir fəsil, 288 səhifəlik kitabda 296 rəngli şəkil verilib.

Kitab 500 tirajla "Azərbaycan" nəşriyyatında çap olunub.

 

Deputat Aydın Mirzəzadə bildirib ki, kitabı buraxmaqda əsas məqsədlərdən biri də bu ağır tarix anı gələcək nəsilləri faktoloji formada tanış etməkdir.

 

Kitab politoloqlar, tarixçilər və problematika ilə maraqlananlar üçün nəzərdə tutulub.

 

Kitab yaxın günlərdə Fizuli rayonunun Alıxanlı kəndində Zəhra Quliyevanın valideynlərinə və kənd nümayəndələrinə təqdim ediləcək.

 

Kitabda AZƏRTAC informasiya agentliyinin, Sia.az, Report.az, Azvizion. az, Publika.az, 1news.az, Modern.az, APA, Armenia.az saytlarının, CBC və ARB telekanallarının və bir sıra xarici mətbuat orqanlarının materiallarından istifadə edilib.

 

Kitabın üz qabığındakı kollajın müəllifi olke.az saytının baş redaktoru Məmməd Gülmmədovdur.

 

Kitabın tərcümə edilərək xarici ölkələrdə çap edilməsi də nəzərdə tutulur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir