Modern.az

Avtomobillə adam vurub qaçan şəxs tutuldu

Avtomobillə adam vurub qaçan şəxs tutuldu

23 Oktyabr 2017, 16:44

Binəqədi rayonunun Binəqədi qəsəbəsiərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə görə sürücü həbs edilib. Moderb.az xəbər verir ki, Binəqədr Rayon Polis İdarəsinə isitnadən xəbər verir ki,  oktybarın 22-də axşam saatlarında baş verən hadisə ilə bağlı əraziyə gələn istintaq-əməliyyat qrupu tərəfindən ərazi ətraflı müayinə olunub, zəruri tədbirlər həyata keçirilib.

 

Məlum olub ki, yolu keçmək istəyən Binəqədi qəsəbə sakini, 77 yaşlı Xanım Nəbiyeva naməlum avtomobillə vurulub və o, hadisə yerində ölüb.

 

Təxirəsalınmaz tədbirlərlə hadisənin “Lada Granta” markalı avtomobillə törədilməsi məyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobilin yeri müəyyənləşdirilib və onu idarə edən şübhəli şəxs qismində saxlanılaraq Polis İdarəsinə gətirilib.

 

İstintaqa təhvil verilən şəxsin Bakı şəhər sakini Akif Məmmədov olduğu məlum olub. 

Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?