24 aprel 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Cocuq Mərcanlının günəşli payızı - REPORTAJ
Cocuq Mərcanlının günəşli payızı - REPORTAJ +
23.10.2017, 17:09

Azərbaycan Ordusunun 2016-cı ilin uğurlu aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun yenidən qurularaq ikinci həyatına qovuşan Cocuq Mərcanlı kəndi hər bir azərbaycanlının gedib görmək istədiyi doğma Qarabağımızın bir parçasıdır. Hər kəs 24 illik həsrətdən sonra bu Vətən torpağını görməyə, o yerlərin havasını udmağa, suyundan içməyə, torpağına ayaq basmağa can atır.

Prezident İlham Əliyevin Sərəncamı ilə gözəl, abad qəsəbəyə çevrilən bu məkanın yeni həyatını gözləri ilə görmək, uzun yurd həsrətindən sonra doğma torpaqlarına, xarabalıq üzərində yenidən ucalan yurd-yuvalarına dönmüş Cocuq Mərcanlı sakinlərinin sevincinə şərik olmaq üçün bura üz tutan qonaqların ardı-arası kəsilmir. Modern.az xəbər verir ki, Cocuq Mərcanlının növbəti qonağı burada baş verənləri anbaan izləyən, bu informasiyaları həm ölkə vətəndaşlarına, həm də dünyaya çatdıran Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın bir qrup əməkdaşı olub.

Agentliyin jurnalistlərinin günəşli bir payız gününə təsadüf edən Cocuq Mərcanlı səfəri Horadiz-Cəbrayıl avtomobil yolunun kənarındakı “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarətlə başladı, qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anıldı.

Kollektivin üzvləri sonra şəhid Novruz Aslanov adına tam orta məktəbə gəldilər. Yeni qəsəbədəki yeni müasir məktəb qapılarını müəllim və şagirdlərin üzünə təxminən iki ay əvvəl açıb. İyirmi dörd il sürən fasilədən sonra Cocuq Mərcanlıda ilk dəfə məktəb zəngi səslənib: 16 müəllim və 60 şagird sinif otaqlarına qədəm qoyub. Bazar günü olmasına baxmayaraq, onların bir çoxu AZƏRTAC-ın əməkdaşları ilə görüşə toplaşmışdı. Qonaqlar sinif otaqlarını, fənn kabinetlərini bir-bir gəzib müəllim və şagirdlərlə həmsöhbət oldular. Məktəbə müxtəlif dərs və idman ləvazimatları hədiyyə edildi. Agentliyin Baş direktoru Aslan Aslanov müəllim və şagirdləri doğma yurda qovuşmaları münasibətilə kollektiv adından təbrik etdi, onların sevincini bölüşdü. Bu gözəl təhsil ocağında tədrisin yüksək səviyyədə aparılacağına əminliyini bildirdi, onlara uğurlar arzuladı.

Görüşün ən təsirli məqamlarından biri AZƏRTAC-ın əməkdaşı Dağbəyi İsmayılovun nəvəsi Bakı məktəblisi Nuray İsmayılovanın Cocuq Mərcanlı məktəbinin üçüncü sinif şagirdi Nuray Aslanovaya göndərdiyi məktub və kitab oldu. Cocuq Mərcanlıdakı adaşını və onun məktəbli yoldaşlarını qaranquşlara bənzədən Nuray arzularını dilə gətirərək yazır: “Babamın yurdu Qubadlı da düşmən işğalı altındadır. Çox arzu edirəm ki, bütün torpaqlarımız tezliklə düşməndən təmizlənsin, mən də sənin kimi babamın kəndinə gedim, o gözəl yerləri görüm”.

Erməni təcavüzü, Qarabağ müharibəsi hər iki Nurayın taleyində acı izlər qoyub. Balaca qızların hər ikisinin əmisi – Elgün İsmayılov və Novruz Aslanov düşmənlə döyüşdə şəhid olub. Bu, görüş iştirakçılarını son dərəcə mütəəssir etdi. Yeri gəlmişkən, Cocuq Mərcanlı kənd tam orta məktəbi şəhid Novruz Aslanovun adını daşıyır.

Səfərdən xatirə olaraq AZƏRTAC-ın jurnalistləri məktəbin həyətində Eldar şamları əkdi. Məktəbin direktoru Zamin Həziyev onlarla görüşə gəldiklərinə, mənəvi dəstək olduqlarına görə AZƏRTAC-ın əməkdaşlarına minnətdarlığını bildirdi.

Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidlə tanışlıq da qonaqlarda unudulmaz təəssürat yaratdı. Burada şəhidlərin ruhuna dua oxundu.

Jurnalistlər daha sonra kənddə aparılan quruculuq işlərinin növbəti mərhələsi çərçivəsində tikintisi gedən yeni evlərə və binalara da baxdılar. Bu mərhələdə 100 evin, uşaq bağçasının, poçt, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların və digər infrastruktur obyektlərinin tikintisi aparılır.

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov, kənd icra nümayəndəsi Xanlar Zeynalov, Cocuq Mərcanlını ən çətin anlarda belə tərk etməyən, dövlətimizin başçısının Sərəncamı ilə birinci dərəcəli “Əmək” ordeninə layiq görülən Oqtay Həziyev və qəsəbə sakinləri söhbət zamanı onlara bu şəraiti yaradan, məcburi köçkünlərə daim diqqət və qayğı göstərən Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdarlıq duyğularını dilə gətirdilər, işğal altındakı bütün torpaqlarımızın azad olunacağına inamlarını ifadə etdilər.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakı Metropoliteninin vəzifəli şəxsi rayonluları aşağıladı - FOTOLAR
24.04.2018, 16:39

Bakı Metropoliteninin vəzifəli şəxsi rayonluları aşağıladı - FOTOLAR

Fransadan Novruz Məmmədova təbrik gəldi   
24.04.2018, 16:29

Fransadan Novruz Məmmədova təbrik gəldi  

1 milyonun ölkədən çıxarılmasının qarşısı alındı 
24.04.2018, 16:24

1 milyonun ölkədən çıxarılmasının qarşısı alındı 

Üç deputat Azərbaycanın beynəlxalq nümayəndə heyətlərinin tərkibindən çıxarılacaq - ADLAR   
24.04.2018, 16:23

Üç deputat Azərbaycanın beynəlxalq nümayəndə heyətlərinin tərkibindən çıxarılacaq - ADLAR  

Nazim İbrahimov qızının toyunu niyə təxirə saldı...
24.04.2018, 16:15

Nazim İbrahimov qızının toyunu niyə təxirə saldı...

Ərdoğan ermənilərə başsağlığı verdi
24.04.2018, 16:09

Ərdoğan ermənilərə başsağlığı verdi

Fuad Muradov Dövlət Komitəsinin kollektivinə təqdim olundu - FOTO
24.04.2018, 16:00

Fuad Muradov Dövlət Komitəsinin kollektivinə təqdim olundu - FOTO

Yeni nazir Muxtar Babayev tanınmış bəstəkarın oğluymuş - VİDEO
24.04.2018, 15:38

Yeni nazir Muxtar Babayev tanınmış bəstəkarın oğluymuş - VİDEO

Ramiz Mehdiyev Nazim İbrahimovu İTTİHAM ETDİ
24.04.2018, 15:32

Ramiz Mehdiyev Nazim İbrahimovu İTTİHAM ETDİ

İspaniyanın baş nazirindən Azərbaycanla bağlı mesajlar
24.04.2018, 15:24

İspaniyanın baş nazirindən Azərbaycanla bağlı mesajlar

Hüseyn Abdullayev Vergilər Nazirliyində istintaq olunur - Vəkili DANIŞDI
24.04.2018, 15:23

Hüseyn Abdullayev Vergilər Nazirliyində istintaq olunur - Vəkili DANIŞDI

Elmira Axundova vəzifəyə gedən deputatlara səsləndi: “Milli Məclisi unutmasınlar”   
24.04.2018, 15:15

Elmira Axundova vəzifəyə gedən deputatlara səsləndi: “Milli Məclisi unutmasınlar”  

Çindən 6 min qutu ipəkqurdu toxumları gətirilib
24.04.2018, 15:11

Çindən 6 min qutu ipəkqurdu toxumları gətirilib

Ekspert: “Mark Zukerberq, İlon Mask innovasiyaya ac olduqları üçün bu səviyyəyə çatıblar” – MÜSAHİBƏ
24.04.2018, 14:58

Ekspert: “Mark Zukerberq, İlon Mask innovasiyaya ac olduqları üçün bu səviyyəyə çatıblar” – MÜSAHİBƏ

Kadırov Trampla Merkeli hədələdi
24.04.2018, 14:57

Kadırov Trampla Merkeli hədələdi

“Həsənağa Turabovun ətrafındakı adamlar qəsdən ona səhv məlumat verirdilər, aktyor da hirslənirdi”
24.04.2018, 14:55

“Həsənağa Turabovun ətrafındakı adamlar qəsdən ona səhv məlumat verirdilər, aktyor da hirslənirdi”

Ermənistanda qüvvələr NİSBƏTİ - “Qarabağ klanı” hakimiyyətdən gedir?
24.04.2018, 14:29

Ermənistanda qüvvələr NİSBƏTİ - “Qarabağ klanı” hakimiyyətdən gedir?

Fransa prezidentindən İlham Əliyevə TƏBRİK - Qarabağla bağlı mesaj verdi 
24.04.2018, 14:21

Fransa prezidentindən İlham Əliyevə TƏBRİK - Qarabağla bağlı mesaj verdi 

Trampla Makron ağac əkdi - FOTO
24.04.2018, 14:02

Trampla Makron ağac əkdi - FOTO

Nazir müavini deputatlara çağırış etdi
24.04.2018, 13:54

Nazir müavini deputatlara çağırış etdi

Maşın bazarında qiymətlər stabilləşib   
24.04.2018, 13:46

Maşın bazarında qiymətlər stabilləşib  

Deputat dollar kreditlərinin bağlanmasını təklif etdi
24.04.2018, 13:42

Deputat dollar kreditlərinin bağlanmasını təklif etdi

Musa Tükənovun oğlu: “Atama qarşı ittiham öz təsdiqini tapmır”   
24.04.2018, 13:39

Musa Tükənovun oğlu: “Atama qarşı ittiham öz təsdiqini tapmır”  

“Müflisləşmə və iflas” haqqında qanun dəyişdirildi   
24.04.2018, 13:30

“Müflisləşmə və iflas” haqqında qanun dəyişdirildi  

Dövlət sərhədini pozan şəxslər saxlanılıb - FOTO
24.04.2018, 13:19

Dövlət sərhədini pozan şəxslər saxlanılıb - FOTO

Parlament işsizlikdən sığorta ilə bağlı cəzaları SƏRTLƏŞDİRDİ  
24.04.2018, 13:18

Parlament işsizlikdən sığorta ilə bağlı cəzaları SƏRTLƏŞDİRDİ  

"Peşə təhsili haqqında" qanun layihəsi qəbul olundu
24.04.2018, 13:17

"Peşə təhsili haqqında" qanun layihəsi qəbul olundu

Fərəc Quliyev deputatların maaşından GİLEYLƏNDİ
24.04.2018, 13:14

Fərəc Quliyev deputatların maaşından GİLEYLƏNDİ

Yeni medal təsis edildi
24.04.2018, 13:11

Yeni medal təsis edildi

Azərbaycan XİN-dən Ermənisitandakı çevrilişə REAKSİYA: “Danışıqlara hazırıq”
24.04.2018, 13:10

Azərbaycan XİN-dən Ermənisitandakı çevrilişə REAKSİYA: “Danışıqlara hazırıq

Yeni ekologiya və təbii sərvətlər naziri prinsiplərini AÇIQLADI: “Şəffaflıq, sosial ədalət...”
24.04.2018, 13:04

Yeni ekologiya və təbii sərvətlər naziri prinsiplərini AÇIQLADI: “Şəffaflıq, sosial ədalət...”

Sabahın hava PROQNOZU açıqlandı - Temperatur qalxır
24.04.2018, 12:59

Sabahın hava PROQNOZU açıqlandı - Temperatur qalxır

Ombudsmanın illik hesabatı qəbul olundu
24.04.2018, 12:56

Ombudsmanın illik hesabatı qəbul olundu

Əflatun Amaşov hesabata etiraz etdi
24.04.2018, 12:55

Əflatun Amaşov hesabata etiraz etdi

Ombudsman amnistiya üçün müraciət etdi    
24.04.2018, 12:46

Ombudsman amnistiya üçün müraciət etdi   

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(6.57%)
İmtahan qiymətləri normalıdr(3.94%)
İmtahan qiymətləri aşağıdır(2.63%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(73.6%)
İmtahan qiymətləri azaldılmalıdır(3.94%)
İmtahan qiymətləri artırılmalıdır(9.21%)