Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov I kurs tələbələri ilə görüş keçirib. İlkin olaraq Hüquq və Filologiya fakültələrinin tələbələri ilə baş tutаn görüşdə prorektorlar, adıçəkilən fakültənin dekanları, kafedra müdirləri və professor-müəllim heyəti iştirak edib.
Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu və fəxri doktoru, ümummilli lider Heydər Əliyevin «Azərbaycan xalqının milli sərvəti» adlandırdığı və mövcud olduğu 100 ilə yaxın dövr ərzində xalqımızın maariflənməsində, milli təfəkkürünün, milli özünüdərkinin formalaşmasında müstəsna rol oynayan BDU-nun bu gün də flaqman rolunu uğurla davam etdirdiyini deyən rektor Abel Məhərrəmov universitetin tarixi keçmişi, müasir inkişaf mərhələləri, beynəlxalq əlaqələri barədə məlumat verib.
Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulunun Bakı Dövlət Universitetinin payına düşdüyünü, BDU-nun bakalavriat səviyyəsinə universitetin Qazax filialı da daxil olmaqla 5100, magistratura səviyyəsinə 700 nəfərin qəbul edildiyini bildirib. Vurğulayıb ki, qəbul imtahanı verən tələbələrdən 500-700 arası bal toplayan 1500 nəfər BDU-nu seçib, bu da respublikada 500-700 bal toplayan abituriyentlərin 21%-ni təşkil edir. Bu göstəricinin ötən tədris ili ilə müqayisədə 204 nəfər çox olmasına diqqət çəkən rektor 3-cü ixtisas qrupu üzrə 700 bal toplayan 2 nəfərin seçiminin də BDU olduğunu və Prezident İlham Əliyevin imzaladığı sərəncamla Prezident təqaüdünə layiq görülənlərdən 16 nəfərin universitet tələbələri olduğunu söyləyib.
Akademik Abel Məhərrəmov təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan BDU-nun 17 fakültəsində bakalavriat səviyyəsində 65, magistratura səviyyəsində isə 43 ixtisas və 210 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirildiyini, təhsil alan tələbələrin sayının 22 mindən çox olduğunu, onların təlim-tərbiyəsi ilə 3000-dən çox əməkdaşın, o cümlədən 1500 nəfər professor-müəllim heyətinin məşğul olduğunu diqqətə çatdırıb.
Rektor yüksək bal toplayan tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsi, elmi, yaradıcılıq və tədqiqatçılıq vərdişlərinin aşılanması, onların müasir elmi metodologiyalar və elmi ədəbiyyatla işləmək qaydaları ilə tanış edilməsi, elmi- tədqiqatlarda real iştirakının təmin edilməsi məqsədilə elmi rəhbər kimi bir professor, dosent və ya elmi işçinin təhkim edilməsi ilə bağlı müəyyən göstərişlər verib.
Görüş tələbələrin çoxsaylı sualları ilə başa çatıb.
Fransadan Novruz Məmmədova təbrik gəldi
1 milyonun ölkədən çıxarılmasının qarşısı alındı
Üç deputat Azərbaycanın beynəlxalq nümayəndə heyətlərinin tərkibindən çıxarılacaq - ADLAR
Nazim İbrahimov qızının toyunu niyə təxirə saldı...
Ərdoğan ermənilərə başsağlığı verdi
Fuad Muradov Dövlət Komitəsinin kollektivinə təqdim olundu - FOTO
Yeni nazir Muxtar Babayev tanınmış bəstəkarın oğluymuş - VİDEO
Ramiz Mehdiyev Nazim İbrahimovu İTTİHAM ETDİ
İspaniyanın baş nazirindən Azərbaycanla bağlı mesajlar
Hüseyn Abdullayev Vergilər Nazirliyində istintaq olunur - Vəkili DANIŞDI
Elmira Axundova vəzifəyə gedən deputatlara səsləndi: “Milli Məclisi unutmasınlar”
Çindən 6 min qutu ipəkqurdu toxumları gətirilib
Ekspert: “Mark Zukerberq, İlon Mask innovasiyaya ac olduqları üçün bu səviyyəyə çatıblar” – MÜSAHİBƏ
Kadırov Trampla Merkeli hədələdi
“Həsənağa Turabovun ətrafındakı adamlar qəsdən ona səhv məlumat verirdilər, aktyor da hirslənirdi”
Ermənistanda qüvvələr NİSBƏTİ - “Qarabağ klanı” hakimiyyətdən gedir?
Fransa prezidentindən İlham Əliyevə TƏBRİK - Qarabağla bağlı mesaj verdi
Trampla Makron ağac əkdi - FOTO
Nazir müavini deputatlara çağırış etdi
Maşın bazarında qiymətlər stabilləşib
Deputat dollar kreditlərinin bağlanmasını təklif etdi
Musa Tükənovun oğlu: “Atama qarşı ittiham öz təsdiqini tapmır”
“Müflisləşmə və iflas” haqqında qanun dəyişdirildi
Dövlət sərhədini pozan şəxslər saxlanılıb - FOTO
Parlament işsizlikdən sığorta ilə bağlı cəzaları SƏRTLƏŞDİRDİ
"Peşə təhsili haqqında" qanun layihəsi qəbul olundu
Fərəc Quliyev deputatların maaşından GİLEYLƏNDİ
Yeni medal təsis edildi
Azərbaycan XİN-dən Ermənisitandakı çevrilişə REAKSİYA: “Danışıqlara hazırıq”
Yeni ekologiya və təbii sərvətlər naziri prinsiplərini AÇIQLADI: “Şəffaflıq, sosial ədalət...”
Sabahın hava PROQNOZU açıqlandı - Temperatur qalxır
Ombudsmanın illik hesabatı qəbul olundu
Əflatun Amaşov hesabata etiraz etdi
Ombudsman amnistiya üçün müraciət etdi
Bakıda sayt əməkdaşının maşının qabağını kəsib təpiklədilər - VİDEO
Şərh yaz