Modern.az

Ermənistan ordusunun 3 hərbi qulluqçusu fərarilik edib

Ermənistan ordusunun 3 hərbi qulluqçusu fərarilik edib

23 Oktyabr 2017, 20:02

İşğal olunan Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan ordusunun daha 3 hərbi qulluqçusu fərarilik edib.  Modern.az "Report"a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, gənclər işğalçı orduda mövcud problemlər üzündən yaranan dözülməz vəziyyətdən ancaq qaçmaqla canlarını qurtarmaq mümkün olduğunu deyirlər.

 

Bu günlərdə məlum olub ki, düşmən ordusunun daha 3 hərbçisi - Samvel Hovanesyan, Narek Alaverdyan və Aşot Qukasyan hərbi xidmət yerindən qaçdıqlarına görə barələrində axtarış elan edilib və cinayət işi açılıb. İstintaq və axtarış tədbirləri həyata keçirilir.

 

Xatırladaq ki, bir neçə gün bundan qabaq daha iki erməni zabitin hərbi hissədən qaçaraq xarici ölkəyə getməsi barədə mətbuatda məlumat yayılmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı