Modern.az

Ukrayna prezidentinə sui-qəsd 

Ukrayna prezidentinə sui-qəsd 

23 Oktyabr 2017, 22:17

Ukrayna prezidenti Petro Poroşenkoya qarşı sui-qəsdə cəhd olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Məlumata görə, sui-qəsd cəhdi oktyabrın 22-də P.Poroşenkonun Donetsk vilayətinin Avdeevka şəhərinə səfəri zamanı olub. Keçirilən xüsusi əməliyyat nəticəsində cinayətkar qrupun iki üzvü müqavimət göstərərkən məhv edilib. Onların üzərilərindən xeyli sayda silah sursat aşkarlanıb. Cinayətdə əli olan digər şəxslərin axtarışı davam etdirilir.

 

Qeyd edək ki, ötən gün P.Poroşenko Ukraynanın müdafiə naziri Stepan Poltorak ilə birgə Avdeevkada əməliyyat müşavirəsi keçirib.



Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi